ON YEDDİNCİ DƏRS
MƏXLUQLARIN TƏKVİNİ YARADILIŞDA KAMİLLİKLƏRİ YALNIZ ALLAHDANDIR
İnsan əqlin nuru ilə varlığın bütün mərhələlərinin Allah tərəfindən olduğunu biləndən sonra, onların kamilliklərinin də, İlahi mənbədən olduğuna diqqət edir. Varlığın əsli Allahdan olduğu kimi, onun camalı da Pərvərdigar tərəfindəndir. Başqa ifadəylə desək, ilkin kamillik olan varlığın həqiqəti İlahi mənbədən olduğu kimi, sonrakı kamillik də, camal və gözəl sifətlər də Ondandır. Bu mənanı aləmdə olan yüksək təbəqəli varlıqdan tutmuş, aşağı təbəqəli varlıqlara qədər bütün mövcudlarda tapmaq olar. Bütün varlıqların hüsn və camalları da Allahdandır. Onların camal və hüsni-təkviniləri (əvvəl yaranışda gözəl xəlq olunmaları) çox məlum və aşkar şəkildədir.
Məsələn, bəşərin surətini bu gözəlliyə salan Allahdır. Onun camalı, məlahəti, gözəlliyi və ürəkləri valeh etməsi də Ondandır. Elə buna görə də məxluqa gözəlliyinə görə sitayiş etmək lazım deyil. Əksinə onu bu gözəl surətdə yaradan Allaha sitayiş etmək lazımdır.
Məsələn, üzümün şirinliyi və gül çiçəklərin ətrili olması da Pərvərdigar tərəfindəndir. Quran bu məsələyə işarə edərək buyurur: «Yerdə və göydə elə bir şey yoxdur ki, onun xəzinələri Bizdə olmasın. Lakin Biz ondan ancaq müəyyən qədər nazil edirik».1
Əlbəttə bu ayə bütün aləmlərlə uyğun gəlir. Əgər aşağı təbəqəli mövcudları nəzərdən keçirsək, bu ayənin nümunəsini onlarda da görə bilərik. Onların əsas xəzinə və mənbələri də Allahdandır. Gülün ətri on, ya yüz addımlıqdan hiss olunur. Amma rəvayətdə vardır ki, behiştin ətri beş yüz illik yoldan gəlir. Başqa aləmlərdə atomun zühuru və daha da kamilliklər vardır.
Sözün qısası, bütün kamilliklər hamısı Allahdandır. Hər bir varlıqda olan təkvini kamilik də aşkar şəkildədir.
Dostları ilə paylaş: |