«Bütün işlər də axırda Allaha qayıdacaqdır».2 İnsan öz əliylə təkrar-təkrar infaq (öz malından bəxşiş etmək) etdiyinə görə, onun ruhunda bəxşiş etmək adəti əmələ gəlir. Görəsən onun infaq etdiyi şeylər kimin malındandır? Allahdan başqa bu aləmin maliki vardırmı? Bu əl, qüdrət və mal hamısı Allahındır. İnsan bu işlərdə ancaq iradə edir. Onun iradə etməsi də Allahın əta etməsi nəticəsindəndir. Elə buna görə də hər varlıqda olan bütün kamal, gözəllik, ixtiyari və qeyri ixtiyari olan camal da Allahdandır. Deməli həmd və sitayişə layiq olan varlıq yalnız Allahdır.