«Allahı tanımağın kamalı Onu təsdiq etməkdir».2 Elə bir məqama yetişmək olar ki, qəlb Allaha yaxın olub, özünü Ona təslim edər. Şəkk etməkdən uzaqlaşıb, yəqin mərhələsinə mərhələsinə çatar, Allahın varlığına zərrə qədər də vəsvəsə və şübhə etməz. Elm yəqinliyindən (elmül-yəqin) daha yüksəyə ucalıb, yəqinliyin özünə (eynul-yəqinə), bir qədər də çalışıb yəqinliyin haqqında (həqqul-yəqinə) çatar. Elə bir yerə yetişər ki, Allahla birlikdə olması onun üçün hər şeydən aydın və aşkar olar.
BİRLƏŞMƏDƏN VƏ HALDAN-HALA DÜŞMƏDƏN HƏR MÖVCUDLA BİRLİKDƏ OLMAQ
«Məiyyət»-in mənası Allahla birlikdə olmaqdır ki, Allah-Təala Quranda bu barədə buyurur: «Siz harada olsanız, O sizinlədir».1 Harda olursan ol, Allah səninlədir. Bu varlıq aləmini möhkəm saxlayan Odur. Bizim hamımız ona söykənir və Onunla da öz varlığımızı davam etdiririk. Məgər kölgə sahibi olmasa, kölkə ola bilərmi?
Əli (s) «Nəhçul-bəlağə»nin əvvəldə qeyd etdiyimiz xutbəsində buyurur: «Allah hər mövcudla birlikdədir, amma onlarla birləşmək və xarici yaxınlaşmaq yolu ilə yox». Heç bir mövcudun varlığı ondan ayrı fərz oluna bilməz. Hər bir şey o vaxt varlıq olur ki, Allah-Təala ona vücud bəxş etmiş olsun. Xülasə, «Allah yaxınlaşmadan hər şeylə birlikdədir». Əgər Allah-Təala nəzərini bir varlığın üzərindən götürsə, o varlıq yox olar. Hər bir mövcud zati etibarilə heç dərəcəsindədir. Lakin onun mövcudluğu, Allahın ona bəxş etdiyi varlıq cəhəti ilədir.
Əmirəl-möminin Əli (ə) aşağıdakı cümlədə buyurur: «Bir şeyi görəndə, Allahı ondan qabaq, ondan sonra və onunla görürəm».1 Hər nə gördümsə, Allahı onunla gördüm. İnsan gərək elə bir həddə çata ki, Allahı bəsirət gözü ilə görmək onun üçün adiləşə. Ən azı elm yəqinliyi mərhələsinə çatmasa da, bilməlidir ki, hər bir varlığın vücudu birləşmə və ittihad olmadan, Allahdandır. Çünki, hülul və ittihad Allah barəsində küfr və ilhad sayılır (dindən çıxmaq). Allah heç bir kəsdə və heç bir şeyin daxilində deyildir. Bu o mənaya deyil ki, hər bir varlıq Allahdan ayrılaraq özü üçün mürəkkəb və müstəqil bir varlıq olur. Əksinə, hər bir varlığın vücudu Ondandır və heç bir kəsin müstəqil vücudu yoxdur.
Dostları ilə paylaş: |