İYİRMİNCİ BİRİNCİ DƏRS
HƏR BİR ELM VƏ QÜDRƏT ALLAHDANDIR
Tövhidi-sifatidə lazım olan ən əhəmiyyətli mətləbi sizin yadınıza salırıq. Tövhidi-zatidə qeyd etdiyimiz kimi, Tövhidi-sifatidə də Pərvərdigarın bütün sifətlərinin Onun elm və qüdrətinə aid olduğunu əql vasitəsilə isbat etdik. İlahinin müqəddəs zatının şəriki olmadığı kimi, Onun sifətlərinin də şəriki yoxdur. Yəni, Allahın qüdrətinə bərabər olan heç bir qüdrət yoxdur. Pərvərdigarın zatı qarşısında heç bir müstəqil varlıq olmadığı kimi, Onun elminə də çatan bir elmin olması qeyri mümkündür. Allahın qüdrəti də sonsuzdur. Məxluqda olan qüdrət və elm Pərvərdigarın ifazəsinin nəticəsidir.
Bütün mövcudların varlığının əsli özlərindən olmadığı kimi, onların kimi, onların qüdrət və elmləri də özlərindən deyildir. Mühərrikin çarxlarını hərəkətə gətirən buxarın qüvvəsi də Allahdandır. Eləcə də buxar özü, Allahın yaratdıqlarındandır. Bütün enerji növləri, o cümlədən elektirik cəryanı və insanda olan qüdrətin hamısı Allahdandır.
İbn Sina buyurur: (Çox maraqlıdır! Camaat maqnitin bir misqal dəmiri özünə tərəf necə cəzb etdiyinə təəccübləndikləri halda, bəs niyə insanın ruhunun bu ağırıqda olan bədəni çəkdiyinə təəccüblənmirlər? Bir halda ki, insan öləndən sonra onun bədənini bir neçə nəfər çox böyük zəhmətlə çəkib apara bilir. Amma insanin ruhu səhərdən axşama qədər onun bədənini çox asanlıqla o tərəf bu tərəfə aparıb, gətirə bilir.
Dostları ilə paylaş: |