TohiD ŞƏHİd seyyiD ƏBDÜLHÜseyn dəSTĞeyb


QƏSAVƏT BAĞLAMIŞ ÖLÜMÜLƏ DƏ OYANA BİLMİR



Yüklə 346,4 Kb.
səhifə155/252
tarix10.01.2022
ölçüsü346,4 Kb.
#106740
1   ...   151   152   153   154   155   156   157   158   ...   252
QƏSAVƏT BAĞLAMIŞ ÖLÜMÜLƏ DƏ OYANA BİLMİR
Firon Misirdəki zahiri cah-cəlal və qüdrətini görərək deyir: «Ey qəvmüm! Məgər Misir səltənəti, saraylarımın altından axan bu caylar mənim deyilmi?! Məgər mənim qüdrətimi görmürsünüzmü?!»3 Mənim səltənətim deyən adam, Allahın səltənətini necə dərk edə bilər? Bizim hamımızın Allahın qüdrəti qarşısında heç bir şey olduğumuz necə başa düşə bilər? Belə fikirləşmək həqiqəti dərk etməyin qarşısını alır. Amma bu anda iman gətirməyin daha faydası yoxdur. Qurani-Kərim bu barədə buyurur: «Bəni-israili dəryadan sag-salamat keçirtdi. Firon və onun əskərləri vəhşiliklə onların arxasınca düşdülər. Firon batacağı anda: Bəni-İsrailin inandığı tanrıdan başqa tanrının olmadığına iman gətirdim. Mən artıq Ona təslim olanlardanam! - dedi»4 Bu anda dənizin dalğaları onun ağzını yumdu. Ölüm zamanı iman gətirənlər haqqında Allah-Təala buyurur: «Əgər geri qaytarılsaydılar, yenə də onlar qadağan olunduqları şeyə - küfrə və günaha əl atardılar. Onlar, şübhəsiz ki, yalançıdırlar!»1

Qəlb ölübsə, daha ona ümid yoxdur. Əgər qəlbin qarşısından hicab götürülsə, həqiqət aşkar olar. Əks halda hicablanmış qəlb, heç ölümlə də oyanmayacaqdır. Doğrudur ki, bu anda qəlb üçün həqiqət kəşf olur, lakin qəlb ölü olduğuna görə həqiqətə inana bilmir. Çünki əqli dəlillərlə kifayətlənən, qəlb iman gətirməmişdir. Belə qəlblər ölümdən sonra da hicablı və təkəbbürlü haldadır. Ölümdən qabaq oyanmayan qəlb, əbədi olaraq oyanmayacaqdır. Sözün qısası, nəfsi hicablı olan kəs, ölümdən sonra da hicablı olacaqdır. Yüz dəfə ölüb, dirilsə də yenə də iman gətirən deyildir.

Qəlbi bürüyən zülmət hicablarının götrülməsi ilə hər bir şeyin Allahın elm və qüdrəti qarşısında heç olduğu aşkara çıxır. İnsan bu aləmdə zühur edən hər bir şeyin yalnız Allahın elm və qüdrətinin nəticəsi olduğunu dərk edir. Deməli, əsil qüdrət sahibi olan Allahdan qorxub, Ona da ümid bəsləmək lazımdır. Həyati təcrübələr sübut edir ki, dünyanın ən qüvvətli adamları Allah istəməyənə qədər heç bir şey görə bilməyiblər. Eləcə də Allah istəyən şəxsə bütün dünyanın adamları zərbə vurmaq istəsələr belə, bacara bilməyəcəklər.


Yüklə 346,4 Kb.

Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin