TohiD ŞƏHİd seyyiD ƏBDÜLHÜseyn dəSTĞeyb



Yüklə 346,4 Kb.
səhifə168/252
tarix10.01.2022
ölçüsü346,4 Kb.
#106740
1   ...   164   165   166   167   168   169   170   171   ...   252
İYİRMİ DÖRDÜNCÜ DƏRS
GÖRƏSƏN MÜHARİBƏYƏ GETMƏSƏYDİ, ÖLDÜRÜLMƏYƏCƏKDİ?
Hər bir fərd şirkə düçar olmamaqdan ötrü, çalışıb öz tövhid etiqadlarını qaydasına salmalıdır. Bir çox möminlər əsasən gizli şirkə - «şirki-xofi»yə düçar olurlar.

Allah-Təala «Yusif» surəsinin axırıncı ayəsində buyurur: «Onların əksəriyyəti ancaq şərik qoşmaqla Allaha inanarlar».1

Elə buna görə də sifət və əfalda şirkə yol verməməkdən ötrü, tövhid məsələsində çalışmaq lazımdır.

Əgər bir şəxs səbəb və təsiri müstəqil hesab etsə, həmin anda da şirkə düçar olacaqdır. Əsil varlığında başqasına möhtac olan kəs, təsir etməkdə necə müstəqil ola bilər?

Allah-Təala «Ali-imran» surəsinin 155-ci ayəsində buyurur: «Ey iman gətirənlər! Səfərə və ya müharibəyə getmiş, orada vəfat etmiş və ya öldürülmüş qardaşları barəsində: Əgər onlar bizim yanımızda olsaydılar, nə ölər, nə də öldürülərdilər, deyən kafirlər kimi olmayın!» Belə demək küfrdür. Çünki bu əqidənin sahibləri səbəbi müstəqil hesab edirlər. Onların kafir olmaqları Allah-Təalanın sonrakı cümləsində daha da aydın şəkildə görünür. «Halbuki, dirildən də, öldürən də Allahdır. Allah etdiyiniz işləri görəndir!»1 Bir kəsi güllə-baran etsələr də, əgər Allahın onun ölmünə istəyi olmasa, mütləq diri qalacaqdır. Lakin əgər bir kəsin ölümünə Allahın məsləhəti olsa, o ən kiçik səbəblə də ölə bilər. Ölümdən qorxub səfərə və ya müharibəyə getməmək düzgün deyildir, bu səbəblər ölümdən ötrü müstəqil amil deyillər. Bunları müstəqil səbəb hesab edən kəs kafirdir.


Yüklə 346,4 Kb.

Dostları ilə paylaş:
1   ...   164   165   166   167   168   169   170   171   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin