CAN ALMAQ YALNIZ CANI VERƏNİN İŞİDİR
Əgər bütün aləm toplanıb bir kəsin canını almaq istəsə, ala bilməyəcəkdir. Çünki canı alan yalnız Allahdır. Məxluqun əlindən gələn şey, ancaq ölümün səbəblərini hazırlamaqdır. Amma ölümün və ya qətlin baş tutması isə Pərvərdigarın izni ilədir.
Əlbəttə qatilin məsuliyyəti öz yerində qalır. Çünki qətlin səbəblərinin hazırlayan odur. Amma bizim söhbətimiz qətlin və ya ölümün baş verməsindəndir ki, o da yalnız Allahın əlindədir. Xəstənin şəfa tapmasında əsil şəfa verici Allah olmasına baxmayaraq, xəstəni müalicə edən həkimi şəfa verən hesab edirlər. Əgər həkim özü əlacı olmayan bir xəstəliyə tutulsa, özü özünü müalicə edə bilərmi? Allah-Təala yuxarıda qeyd etdiyimiz atəşə buyurur: «Allah bunu, bu əqidəni onların ürəklərində qəm və həsrət olsun deyə yaratdı».2
Dostları ilə paylaş: |