HƏR ŞEY AYDIN VƏ AŞKAR OLANDAN SONRA İNKAR ETMƏ NƏYƏ LAZIMDIR?! Bu məsələ insanı ən çox düşündürən suallardan biridir. Hər varlığın vücudu bir və ya bir neçə dəlillə isbat olunur. Aləmdə olan varlıqların, çöllərdəki toz-torpaq, yağış damcıları və insanın bədənində olan tük, damar, sümüklər və nəhayət yaranmışların hamısı Allahın varlığına şəhadət verir. Sədi bu barədə deyir:
Ağacın bir yarpağı aqilin nəzərində,
Hər biri bir kitabdır, Tanrı mərifətlərində. Varlıq aləmində gözə gələn və saymaqla qurtarmayan hər bir şey Allahın varlığını isbat edir. Əgər yerdəki bütün ağaclar qələm, dəryalar isə mürəkkəb olsaydı, yenə də Rəbbimin sözləri tükənməzdir. Həqiqət, Allah yenilməz qüdrət və hikmət sahibidir! Bütün gözə görünən və görünməyən hər bir şey Onun varlığına dəlildir. Bəs necə olur ki, çoxları Allaha inanmırlar? Onu qəbul edənlərin bəzisi də, şəkk və vəsvəsə ilə qəbul edir, yəqin və həqiqi təsdiq mərhələsinə çata bilmirlər.