ALLAHI SEVMƏK ƏVƏZİNƏ XUDPƏSƏNDLİK EDİR
Bütün fəsadların mənbəyi bir növ şirk hesab olunan xüdpəsəndlik xislətidir. İnsan Allahı sevmək əvəzinə özünü sevir, elə bir daha dünyada bundan başqa adam yoxdur.
Bütün günahların əsas səbəbi hesab olunan «dünyasevərlik» nədir? Görəsən bu xüsusiyyət xörək, məskən və paltar sevməkdirmi? Bir halda ki, bunların hamısı bəşərin istifadəsindən ötrü yaradılıb və bu işə şəri baxımdan heç bir maneçilik də yoxdur. Diqqət etsək məlum olar ki, eyb və irad qeyd olunan şeylərdə deyil, adamın özündə və niyyətindədirki özünü müstəqil hesab edərək hər bir şeyi özü üçün istəyir.
Nəfsin istəklərini yerinə yetirmək istəyəndə, yerə-göyə sığmayıb hətta Allahın da qanunlarına riayət etmir. Beləliklə də ilk baxışda halal olan şeylər fəsad mənbəyinə çevrilir. Elə bunun özü dünyasevərlik deməkdir. Amma əgər bütün işlərində Allah və axirəti nəzərində saxlasa, daha dünyasevərlik və xüdpəsənlik heç bir günahın mənşəyinə çevrilə bilməz. Əksinə belə olmaq çox yaxşıdır. Bütün varlıqları Allahın məxluqu hesab edərək, onları sevir və onlardan bəhrələnə də bilir.
Deməli, bütün çəkişmələrə və böyük səadətdən məhrum olmağa səbəb, özünü sevməkdir. Əgər insanın düşünçəsi olsa, boş-boş xəyallar yox olub, mənəmliyini və özünün var olmasını yalnız Allahdan bilər. Bu zaman nə inki özünü, bəlkə bütün mövcudları Allahın təcəlləsi hesab edər. Allahı sevmək, özünü sevməyin yerini tutar. Allah göylərin və yerin nurudur.
Dostları ilə paylaş: |