NƏVSİN MEYLİ OLMASA, RAHATLIQ OLAR
Həqiqi bəndənin üçüncü əlaməti budur ki, Allah daim hazır və nazir olduğu kimi, o, özü də daim bəndəçilik məqamında olsun. Yəni bəndə bir iş görəndə nəfsinin ziddinə olaraq çalışmalıdır ki, Allah ondan razı qalsın. Belə insanlar həmişə Pərvərdigarın əmr və nəhylərini yerinə yetirməkdə və Onun qadağan etdiyi şeyləri tərk etməkdə çox diqqətlidirlər. Həqiqi bəndə olan şəxs artıq bütün çəkişmələrdən, mübahisələrdən və fəxr etməkdən uzaq olur. Çünki, yalnız Allahın razılığını düşünən şəxsin heç bir kəslə davası yoxdur.
Bir-bir ilə savaşan iki nəfərin hər ikisi də bəndəçilik mərtəbəsindən xaric olmuş adamlardır. Çünki onlar bir-birlərində özlərinə uyğun olmayan xüsusiyyətlər görmüş və bunun nəticəsində narahat olmuşlar. Buradan da məlum olur ki, onlarda hələ də nəfsani istəklər qalmaqdadır. Deməli, hələ həqiqi bəndə deyillər.
Bəzən çəkişmələr vəzifə üstündə olur. Bəndə hara, vəzifə tələb etmək hara? Bəndənin kiməsə əmr və nəhy etməklə işi yoxdur.
Dostları ilə paylaş: |