TohiD ŞƏHİd seyyiD ƏBDÜLHÜseyn dəSTĞeyb


HALAL YEMƏK VƏ XÖRƏK YEYƏN ANDA ALLAHI YAD ETMƏK



Yüklə 346,4 Kb.
səhifə212/252
tarix10.01.2022
ölçüsü346,4 Kb.
#106740
1   ...   208   209   210   211   212   213   214   215   ...   252
HALAL YEMƏK VƏ XÖRƏK YEYƏN ANDA ALLAHI YAD ETMƏK
Üçüncüsü budur ki, bir şey yemək istəyəndə onun halal olduğunu biləndən sonra ye. Yəni əgər bütün cəlb edici xörəkləri yeməkdən qorxmayıb onları yesən, yavaş-yavaş səndə heyvani hisslər oyanacaqdır.

Xörək yeməkdə ipə-sapa yatmayan kimsələrin nəfəsləri görəsən nə vaxt islah olunmaq fikrinə düşəcəkdir? Əgər bu gün nəfsini azad buraxsan, o günbəgün qüvvətlənib hicabı da çoxalacaq, bununla da Allahı tanımaqdan çox-çox uzaqlaşcaqdır. Çünki, Allahın yolu halal və az yeməklədir.

Xörək yeyən anda Allahı da unutmaq lazım deyildir. Allah-Təala Quranda buyurur: «Üstündə Allahın adı çəkilməmiş heyvanların ətindən yeməyin».2Əlbəttə bu ayə kəsilən heyvanların üzərinə Allahın adını çəkilməsinin vacib olması haqqındadır. Lakin bu ümumi məsələ olduğuna görə, ondan belə istifadə edirik ki, əgər hər bir tikə Allahın adı və Ona həmd və tərif etməklə yeyilməyə başlansa, insanın ruhu üçün bir nura çevrilir. Rəvayətlərdə bu məsələyə çox təkid olunmuşdur.

Bu yerdə İmam (ə) buyurdu: Həzrət Peyğəmbərin (s) hədisini yadına sal ki, O, buyurubdur: «İnsanın doldurduğu qablardan ən pisi, onun qarnıdır».

Bəzi vaxtlarda hər donmuş qabın zərərli olması mümkündür. Lakin dolu qadının bədən və ruh üçün olan zərəri daha çoxdur.

«Zərur-rəbidə» belə bir rəvayət nəql olunur. Əgər qəbristanlıq əhlindən ölümlərinin səbəbi haqqında soruşurlar, onların əksəriyyəti «çox yediyimizə görə öldük» -deyə cavab verərlər. İnsan çox yeyəndə həzm prosesi qaydasınca getmədiyinə görə, onun bədən üzvləri qüvvətlənmək əvəzinə zəifləyir. Çox etmək eyni zamanda insanın ruhuna da təsir göstərərək onu alçaldır. Belə şəxs insaniyyət və Allah pərəstlik yolunda çıxmamalıdır? Rəvayətdə belə buyurulur: «Allah-Təala hər bir çox yemək və çox yatmağı düşmən hesab edir». Allahın nuru belə hicablanmış qəlbə neçə daxil ola bilər?

Allahın qəzəbinə düçar olmuş kəsin Onun dərgahına yolu yoxdur. Bacardığı qədər mədəni üç hissəyə böl. Onun bir hissəsini yeməkdən, ikinci hissəsini sudan və üçüncü hissəsini isə tənəffüs və istirahətdən ötrü saxla.


Yüklə 346,4 Kb.

Dostları ilə paylaş:
1   ...   208   209   210   211   212   213   214   215   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin