İNSAN ACLIQ VƏ ORUC HALINDA ALLAHA DAHA YAXIN OLUR İnsan aclıq halında Allaha yaxınlaşır. Şəhid öz «Qəvaid» kitabında belə bir rəvayət nəql edir: «Oruc, Mənim üçündür və onun savabını da Mən verəcəyəm» yəni oruc Allaha aid olduğu üçün, onun savabını da Allah verəcəkdir. Şəhid (r) bu barədə çox öncə bir məsələ zikr edərək buyurur: Orucun aclığı neçə Allaha yaxınlığa səbəb olə bilər? Bildiyiniz kimi, tox olanda insan idrak qabiliyyəti zəifləməyə başlayır. Yəqin ki, təcrübə etmisiniz. İnsan yayda oruc olanda qurub vaxtı yaxınlaşarkən onun idrakı qüvvətlənir, insanda qeyri-adi bir xoşhallıq əmələ gəlir. İnsan bunun nəticəsində Allaha yaxınlaşaraq Onu daha yaxşı dərk etməyə başlayır.