SURƏTİN ŞƏKLİ VƏ GÖZƏ DİQQƏT EDİLMƏSİ
Əgər vərəqdə gözəl bir xətt yazılmış olsa, o dəqiqə onu yazana diqqət edib, onun necə yaradıcı, səliqəli, bilici və qüdrətli olmasını düşünürük. Xəttin gözəlliyi yazanın istedadlı olmasına dəlalət etməsi fitri bir məsələdir ki, insan o dəqiqə ona diqqət edir. Rəssam bir surəti çəkib, onu başqa birinə göstərsə, həmin kəs o dəqiqə rəssamın necə qüdrətli və bilici olması haqda düşünəcəkdir. Görəsən adicə bir rəsm əsərinin bacarıqlı rəssamı olmasına dəlalət etməsi böyük bir işdir, yoxsa bizim hamımızın surət və çöhrəmizin çəkilməsi? Təbii boyalarla işlənmiş adicə bir rəsm əsrinə təəccüb və diqqətlə baxıb onun rəssamının kim olması barədə maraqlanırıq, amma Allahın bizə bəxş etdiyi gözəl sima, qiyafə, əl-ayaq və gözə diqqət etmirik.
Göz badam formasındadır, əgər dörd bucaq və ya başqa şəkildə olsaydı, nə qədər eybəcər olardı?
Gözün badam formasında olmasının xüsusiyyətlərindən biri də budur ki, xaricdən gələn toz-torpağın daxilindən çıxan rütubət vasitəsiylə onun yanlarına ötürülməsidir. Əgər göz bu formada olmasaydı, onda olan bu xüsusiyyət də olmazdı. Deməli, gözün rəssamı nə qədər də Alim və Qüdrətlidir.
Dostları ilə paylaş: |