BƏZİLƏRİ HƏDƏFƏ ÇATMAQ ŞÜARINI BELƏ YOZURLAR
«Tuhəful-üsul» kitabında Həzrət Əmirəl-möminin Əli (ə)-dan belə bir rəvayət nəql olunur. İmam Əli (ə) «Dibac» xütbəsində belə buyurur: «Bilin, ey Allahın bəndələri! Arzular əqli aradan aparır. Uzun arzular insanı qafil edərək, onu həsrətə düşməsinə səbəb olur». İmam (ə) başqa bir cümlədə buyurur: «Uzun arzu edən kimsənin işləri də xarabdır».1
Öz nəfsani istəklərinə yetişmək istəyən şəxs, heç bir şeydən çəkinmir. Münafiqlərin şüarları yəqin ki, eşitmisiniz. Onlar hədəfi vasitə kimi yozaraq belə deyirlər: Hökumətə çatmaq və onu idarə etmək üçün hətta qüdrətli dövlətlərin bütün istəklərini yerinə yetirmək lazımdır. Bu arzuya yetişmək istər böyük şəxsiyyətləri təror etməklə, istərsə və bomba qoyub günahsız insanları öldürmək və ya onların mallarını yandırmaqla olsun, fərq yoxdur. Əsas məsələ hədəfə çatmaqdır.
Əli (ə) bu məsələyə toxunaraq buyurur: «Uzun arzu edən kimsənin, işləri də xarabdır». Çünki onun hədəfi şeytanı bir hədəfdir. O, hökumətə çatmaq arzusundan ötrü hansı cinayətə deyirsən, əl ata bilir.
Dostları ilə paylaş: |