ƏN DƏHŞƏTLİ ŞEY NƏFSİN İSTƏKLƏRİNƏ UYMAQ VƏ UZUN-UZADI ARZU ETMƏKDİR
«Nəhcül-bəlağə»nin başqa bir xütbəsində Həzrət Əli (ə) çox maraqlı bir kəlməsi vardır. İmam (ə) buyurur: «Sizin haqqınızda daha çox iki şeydən qorxuram. Biri nəfsinizin istəklərinə uymağınız, digəri isə uzun arzulu olmağınızdır». Hər kəs öz meyli və nəfsani istəklər ilə iş görsə, heç vaxt haqqa çatmayıb, həmişə batildə qalacaqdır.
Amma uzun arzulu olmaq insanın axirəti unutmasına səbəb olur. Çünki məsəl var deyərlər: İnsan bir oxla iki həfəfi vura bilməz və ya bir əldə iki qarpız tutmaq olmaz. Ümumiyyətlə insan ya dünyanı fikirləşməlidir, ya da axirəti. Çünki bütün ömrünü nəfsani arzulara və heyvani həvəsləri sərf edən kəs, heç vaxt qərb, bərzəx, axirət və qiyamətin fikrində ola bilməz. Onun bütün fikiri, filan vəzifə və ya var-dövlət ələ keçirib, şöhrətli olmaqdır.
ALLAHA VƏ PEYĞƏMBƏRƏ TABE OLDUQLARINA GÖRƏ QİYAMƏTDƏ MƏŞHUR OLMAQ, ƏMƏLİ-SALEH BƏNDƏLƏRƏ AİDDİR.
Dostları ilə paylaş: |