İŞSİZ CAVAN ALLAHIN QƏZƏBİNƏ SƏBƏB OLUR
Şübhəsiz hər bir insan, xüsusilə də cavan adam müəyyən bir işlə məşğul olmalıdır. Rəvayətdə vardır ki, Allah-Təala işsiz cavanı düşmən hesab edir.1
İşsiz cavan şeytanın hədəflərindəndir. Onun hər an fəsada düşmək təhlükəsi vardır. Elə buna görə də necə olursa-olsun, o, ya oxumaqla yada bir işlə məşğul olmalıdır. Gördüyü bütün işlər də Allahı və ölümü yad etməklə olmalıdır. Çünki, Allah-Təala işsiz adamı özünə düşmən hesab edir.
«Üsuli-kafi» kitabında belə bir rəvayət vardır. Ravi belə nəql edir: İmam Məhəmməd Baqir (ə) qızmar günəşin altında əkin sahəsində tər tökərək işləyirdi. Sufilərdən birisi İmama (ə) yaxınlaşaraq dedi: Ağa, siz bu yaşınızda özünüzə bu qədər əziyyət edirsiniz? Bəs qorxmursan ki, işlədiyin vaxt ölümün yetişə bilər? (Bəs belə halda Allaha necə cavab verə bilərsən?)
İmam (ə) buyurdu:
Bəli, ölümün axırı olduğuna görə bu işlə məşğul oldum ki, öləndə də öz vəzifəmə əməl edərək ölüm.
Sözün qısası, bu qədər söhbətdən məqsədimiz insanın öz vəzifəsinə əməl etməsidir. Yəni dünyanın işlərini tərk etmək lazım deyildir, əksinə hər bir işi Allahı və ölümü yad etməklə yerinə yetirmək lazımdır. Əgər belə olsa, insan heç bir vəzifə və var dövlət ardınca qacmaz. Bütün fəsad və pozğunluqlar qəflət və uzun arzulu olmağın nəticəsindədir.
Dostları ilə paylaş: |