SƏLTƏNƏT TAXTI VƏ TAHİR Şah zamanında «Came» məscidində «səltənət taxtının axırı tabutdur» mövzusunda etdiyim söhbət, bir neçə müddət dövlət tərəfindən mənim təqiblərə məruz qalmağıma və həbsxanaya düşməyimə səbəb oldu. Mən «axırı tabutla nəticələnən səltənət taxtı uğrunda bu qədər çalışmağım heç bir faydası yoxdur» deyəndə, hökumət adamları mənə dedilər ki, sən şahın ölümünü arzulayırsan. Amma bir halda ki, mən onlara nəsihət etmək istəyirdim.
OTUZ DÖRDÜNCÜ DƏRS İBRƏT NURU ŞƏHVƏT QARANLIĞI VASİTƏSİLƏ SÖNDÜRÜLÜR Bizim söhbətimiz Həzrəti Musa ibn Cəfərin (ə) nəql etdiyi hədis barəsində idi. İmam (ə) buyururdu: «Kim üç şeyi digər üç şeyə müsəllət etsə, öz əqlinin xarab edərək, daha ondan bəhrələnə bilməyəcəkdir». Qeyd etdiyimiz kimi, birincisi öz düşüncə nurunu uzun arzularla zülmətə çevirən, ikincisi hikmət və elmini yersiz danışıqlarla məhv edən və üçüncüsü isə ibrət nurunu nəfsin şəhvətlərilə söndürənlər haqqında idi. Burada şəhvət və ibrətin mənalarını bəyan etməyi və şəhvətin ibrət almağa necə mane olmasını açıqlamağı özümüzə lazım bilirik.