MADDİYYAT MƏNƏVİYYATA ÇATMAQ ÜÇÜN BİR VASİTƏDİR
Amma insan əqlinin nuru ilə, ölümün həyatın sonu olmadığını, özümün başqa bir aləm üçün yaradıldığını və əbədi qərargahının ölümdən sonra başqa aləmdə olduğunu biləndən sonra, artıq dünya işlərinə ürək bağlamayıb, onları özü üçün hədəf seçməyəcəkdir. Əksinə onları əbədi həyata çatmaqdan ötrü bir vasitə hesab edəcəkdir.
Elə buna görə də öz təkamülündən ötrü bu işləri mötədil edib, şəhvəti ilə qarşılaşanda təqva və şəriətin qanunlarına riayət edərək, onlardan istifadə etməkdə israfdan çəkinəcəkdir.
Belə insanlar dünyada yaşamaqlarına baxmayaraq, bütüm səyləri kamala çatmaq və əbədi həyatlarını təmin etməkdən ibarət olur. Əgər saleh əməl etsələr, şad və əgər günah və məkruha yol versələr qəmgin olurlar.
Dostları ilə paylaş: |