İBRƏT GÖTÜRMƏK, NƏSİHƏTİ QƏBUL ETMƏYİ BACARMAQ DEMƏKDİR Lazımlı məsələlərdən biri də, ibrətin mənasını başa düşməkdir. Nəsihət qəbul etməyi bacarmağa ibrət deyilir. Yəni əgər insan bir şey eşidəndə və ya bir hadisə ilə qarşılaşanda, ondan özü üçün ibrət götürməlidir. Məsələn, bir zülmkarın elə bu dünyada ikən bəzi əməllərinin cəzasına çatdığını eşidəndə, ondan özü üçün ibrət götürüb, zülm etməkdən tamamilə pəhriz etməlidir. Başqa bir misal, həris bir şəxsin ömrü boyu əziyyət çəkərək dünya malı toplaması və nəhayətdə ölüb getməklə bu malın onun əlindən çıxmasından ibrət götürüb, hərisliyi tərk etməlidir. Həmçinin, dünya əhlinin etibarsızlığından ibrət alıb dünyanın fani olmasını unutmamalı və heç vaxt belə bağlamamalıdır. Eyni zamanda başına gələn xəstəliklərdən, kasıbçılıqdan və məhrumiyyətdən narahat olmamalıdır, çünki bunlar da müvəqqəti olduğu kimi tez aradan gedəndir.
Artıq şəhvət və ibrətin mənası bizim üçün açıqlandı. Bu məsələlərin mənalarını anlamaqla İmamın (ə) nəql etdiyi «insan öz nəfsinin şəhvətinə itaət etməklə özünün ibrət nurunu söndürür» hədisin mənası bizim üçün aydın oldu.