Diqqət edin, əcəl qurdu bu sürünü bircə-bircə aparmaqda,
Bu sürüyə bir nəzər sal, qəflət edib otlamaqda. BƏSİRƏT HƏQİQƏTLƏRİ GÖRMƏK ÜÇÜNDÜR Allah-Təala Quranda buyurur: «Ey bəsirət sahibləri! İbrət alın!»1 Bəsər zahiri əşya və cisimləri görməkdən ötrüdür. Bəsirət isə, hadisələrin batini həqiqətlərini görüb, dərk etmək üçündür. Zahiri göz qaranlıqda bir şey görmədiyi kimi, qəlbin gözü olan bəsirət də şəhvətə aludə olduğuna görə əşyaların həqiqətini görə bilməyib, dünyanın faniliyindən ibrət ala bilmir.