DÖRDÜNCÜ DƏRS Dinin əvvəli Allahı tanımaq, Allahı tanımağın kamilliyi isə Onu təsdiq etməkdir. CÜZİ İŞLƏRLƏ (SUBYEKT VASİTƏSİLƏ) KÜLLİ İŞLƏRİ (OBYEKTİ) TAPMAQ İNSANA XAS OLAN XÜSUSİYYƏTLƏRDƏNDİR Qeyd etdiyimiz kimi, Əmir-möminin (ə) «Nəhcül-bəlağə»nin xütbəsində dinin əvvəlinin, peyğəmbərin çağırış və proqramlarının başlanğıcının Allahı tanıtdırmaq olduğunu buyurmuşdu. İnsanın əql qüvvəsindən qabaq zühur edən xisləti heyvanda olan xüsusiyyətlərlə şərikdir. Heyvanın idrakı onun hissiyatına bağlıdır və bu xüsusiyyətdə insan heyvanla müştərəkdir. İnsanın idrakı kulli işləri dərk edərək, təsir vasitəsilə təsir edənin olduğunu başa düşür və bununla da heyvandan seçilir. Əgər insan (dəlil və sübuta ehtiyac olmayan yerlərdə) istidlali və əqli mərifət olan bədihi məsələləri dərk etməsə, heyvan səviyyəsində qalacaqdır. Onun idrakı eşitmək, görmək və bu kimi başqa hisslərlə məhdudlaşacaqdır. Amma əqlini işlətməklə, cüzi şeylər vasitəsilə külli işləri tapsa, başqa sözlə desək, yaranmışları müşahidə etməklə yaradanı dərk etsə artıq heyvandan fərqlənəcəkdir.