HƏR NÖV HEYVANLARIN DİŞ VƏ MƏDƏLƏRİ ONLARIN ÖZLƏRİNƏ MÜNASİB YARADILMIŞDIR
Allah-Təala ot və ət yeyən heyvanların hər birinə yedikləri şeylərə münasib olan diş və mədə vermişdir. İt kimi sümük yeyən heyvana kəsici sümük əzən diş və onu həzm edə bilən güclü mədə əta etmişdir.
İnsanın qabaq dişlərini xörəyi parçalamaqdan ötrü iti, ətraf dişlərini isə xörəyi əzməkdən ötrü enli yaratmışdır.
Ağızda olan dilin çox fövqalədə xüsusiyyəti vardır. Dilin xörək yeməkdə ən əhəmiyyətli vəzifələrindən biri də budur ki, əvvəl tikəni ağız boşluğunun ətrafına, daha sonra isə daxilə ötürür.
Diqqət edin ki, xörəyin dişlərlə əzilməsindən ötrü alt çənə hərəkət etməlidir. Üst çənə deyil, məhz alt çənənin hərəkət etməsi Allahın hikmətlərindədir. Təsəvvür edin ki, yemək yeyən anda üst çənənin hərəkətiylə insanın bütün başı hərəkət etsəydi nə qədər eyibli olardı? Yemək vaxtı xörəyin əzilməsindən ötrü çənənin açılıb bağlanması kifayət etmir. Xörəyin ağızda əzilməsindən ötrü ən yaxşı vasitə onu ağız boşluğunda fırlatmaqdır. Amma elə ki, çənə xörəyi tənzimlə dişlərin altında hərəkətə gətirir, bu anda xörəyi daha yaxşı əzməkdən ötrü onu o tərəfə ötürən mühərrik bir qaşığa ehtiyac vardır. Ağızda bu işi dil yerinə yetirir. Dil, bizim diqqətimizə ehtiyac olmadan öz işini görüb, dişlərin arasında tələyə düşüb əzilmir. Amma bəzi vaxtlarla bizim bu böyük nemətin qədrini bilməyimizdən ötrü dişlərin arasına keçib əzilir.
Dil və dişlər Allaha təsbih edərək öz Xaliqinin alim və mütləq qüdrətə malik olduğunu təsdiq edirlər. Təkvini və qeyri-iradi təsbihin bu növünü hər kəs öz əqli ilə dərk edə bilər, amma bundan ötrü təfəkkür və düşüncəyə ehtiyac vardır.
Dostları ilə paylaş: |