DƏVƏNİN YARADILIŞI ÇOX TƏƏCCÜBLÜDÜR
Allah-Təala başqa ayələrdə buyurur: «Məgər dəvəyə baxmırlar ki, necə yaradılmışdı? Səmaya baxmırlar ki, necə ucaldılmışdır? Dağlara baxmırlar ki, necə dikəldilmişdir? Və yerə baxmırlar ki, necə döşədilmişdir?»2
Dəvənin yaradılış kefiyətinə niyə diqqət etmirsiniz? Hər bir heyvanın ayaqlarında bir dizi, amma dəvənin hər bir ayağında isə iki dizi vardır. Dəvə oturan vaxt ayaqları iki dəfə bükülür. Onun boy-buxunu necə də gözəl və qəribə yaradılmışdır.
Əflatuna xəbər verdilər ki, Ərəbistanda uzun ayaqlı və hər bir ayağında iki dizi olan heyvan vardır. Dedi: Belə heyvanın xörək yeməkdən ötrü uzun boynu da olmalıdır. Çünki gərək boynu, ayağı ilə mütənasib olsun.
Onun xörəyi də həmçinin öz yaşadığı mühitə münasib yaradılmışdır. Ərəbistan məntəqəsinin qızmar səhralarında ot-ələfdən xəbər yoxdur. Buna görədə Allah-Təala tikanlı qanqalları onun xörəyi qərar vermişdir. Yəni dili, ağzı və mədəsi bu cür tikanlı bitkiləri yeyib həzm etməkdən ötrü çox münasibdir. Baxın görün ki, dəvə narahat olamadan bu tikanlı bitkiləri necə ləzzətlə yeyir.
Dəvə yaşadığı mühitlə uyğunlaşmasından ötrü susuzluğa da dözümlüdür. O, on gündən artıq susuzluğa dözə bilir. Boğazının altında suyu qoruyub saxlamaqdan ötrü tuluğa oxşar bir şey vardır.
Dostları ilə paylaş: |