MÜSTƏQİL VƏ İNİKASİ NƏZƏR
Güzgüyə iki cür baxılır.
1- Müstəqil baxış;
2- Mirati və ya inikasi baxış.
Müstəqil baxış, güzgüyə alıcı nəzəriylə baxmaq deməkdir. Alıcı ancaq güzgünün həcmi, pas atmaması, ağırlığı, ölçüsü və keyfiyyətinə diqqət edir. Bu anda alıcı güzgüdə öz əksinə fikir vermir. Sadə dillə desək «ancaq güzgünü özünə baxır».
İnikasi baxış, güzgüdə öz sürətini görmək üçün edilən nəzərdir. Varlıq aləminə alıcı nəzəriylə baxan kimsə, heç vaxt Allahı görə bilməz.
Əmirəl-möminin (ə) bu barədə buyurur: «Əgər hər bir kəs dünyaya bəsirət və ibrət gözüylə baxırsa və cahanı mərifət, insaniyyət məqamına çatmaqdan ötrü vasitə bilirsə, Allah ona bəsirət gözü verib insaniyyət məqamına ucaldar. Amma dünyaya aldanıb ona bağlanan şəxslərin isə bəsirət gözünü kor edib haqq yolundan azdırar».1
Dünyanı sevmək, şəhvətə uymaq, sərvət tələb etmək və günah etmək insanı mərifət məqamından aşağı salar, çünki günahların hər biri bəsirət gözünə tuşlanmış bir oxdur.
Günah qəlbin gözünü çox nurlu olan həqiqəti görməkdən məhrum edir, günahkar qəlb Allahı neçə tapa bilər?
Bunun mənasını yaxşı dərk etməkdən ötrü İmam Sadiq (ə)-dan nəql olunan rəvayətdən istifadə edirik. İmam (ə) buyurur: «Haram şeyə baxmaq iblisin zəhərlənmiş oxlarındandır».1
Dostları ilə paylaş: |