TohiD ŞƏHİd seyyiD ƏBDÜLHÜseyn dəSTĞeyb


«İman gətirib imanlarını zülmə qarışdırmayanlar əmin amanlıqdadırlar. Haqq yola yönəlmişlər də onlardır!»1



Yüklə 346,4 Kb.
səhifə58/252
tarix10.01.2022
ölçüsü346,4 Kb.
#106740
1   ...   54   55   56   57   58   59   60   61   ...   252
«İman gətirib imanlarını zülmə qarışdırmayanlar əmin amanlıqdadırlar. Haqq yola yönəlmişlər də onlardır!»1 «Möminlərin iman üstündən iman artırmaları üçün onların ürəklərinə öz dərgahından xatircəmlik, rahatlıq və mənəvi möhkəmlik göndərən Odur».2 Bunun nəticəsi Xaliqlə müxalifət etməkdən qorxmaq və Allaha itaət edib, ona ümid bağlamaqdır. Başqa bir ayədə buyurur: «Görəsən möminlərin qəlblərinin qorxub, Allahı və Onun tərəfindən göndərilmiş haqq kəlamı və nəsihətləri yad edib kövrəlməklərinin vaxtı çatmayıbmı?»3 Nəsihət və haqq kəlamı deyəndə Qurani-Kərim nəzərdə tutulub.

İbn Məsud deyir: Bu ayə bizim müsəlman olmağımızdan üç və ya dörd il sonra nazil oldu. «İman gətirənlərin qəlblərinin Allahın zikri və haqdan nazil olan [Quran] üçün yumşalması vaxtı gəlib çatmadımı?!»4 Burada nəzərdə tutulan iman əql və fitrətin hökm etdiyi imandır. İndi isə artıq qəlbin iman gətirməsinin vaxtı çatmışdır. Çalışıb və istidlali əqidədən qəlbdə olan sabit iman əldə etməlidir ki, heç cür vəsvəsə və şəkk onun qəlbinə yol tapa bilməsin. Allaha asi olmaqdan qorxub, onun qarşısında təvazökar və zəlil olmaq məqamına çatıb, nemət verən Xaliqini sevməli və Onun yolunda fədakarlıq etməlidir. Allahın razılığını əldə etməkdən ötrü hər şeyindən keçib, bütün varlığı ilə Allaha sığınmalı, özünü yalnız ona təslim etməlidir.



Müsəlman olub namaz qılmasına baxmayaraq, nə qədər ki, qəlbində iman gətirməyib, boş-boş xəyallara uyacaq, nəfsinin razılığını əldə etməkdən ötrü çalışacaqdır. Amma bu naqis imandır.


Yüklə 346,4 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin