MANİƏLƏRİ ARADAN APARMAQ İNSANIN VƏZİFƏSİDİR Nurun qarşısını tutub, qəlbi bəsirət gözünün görməsinə mane olan hicabları aradan aparmaq hər bir insanın öz vəzifəsidir. Qurani-Kərimdə qəlbin gözü barəsində çoxlu söhbətlər olunmuşdur. İnsanda olan zahiri göz heyvanda da vardır. Onunla ancaq çismin zahirini görmək olar. Təkcə bəsirət gözünə malik olan insan varlığın əsil həqiqətini görüb dərk edə bilər. Zahiri gözlərinizin qarşısında pərdə çəkiləndə bir şey görə bilmədiyimiz kimi, həmçinin qəlb gözünün, yəni bəsirət gözünün qarşısında də hicab çəkilsə, bu qəlbin nuraniləşməsinə və varlıqların həqiqətini dərk etməsinə mənə olacaqdır. Qəlbdə elm nurunun və haqqı təsdiq etməyin işıqlanmasından ötrü insan özü bu hicabı aradan aparmalıdır.