QƏLBLƏ GÖRMƏK VƏ ELMIN YOXLUĞU
Kamala çatmaq istəyən şəxs «elmul-yəqin»1 dərəcəsindən «eynül-yəqin»2 mərtəbəsinə çatmalıdır. Bu mərhələyə başqa ifadəylə «qəlblə görmək» də deyirlər. Bu həddə çatan adam bununla kifayətlənməyib daha da yüksəyə qalxmalıdır. Elə bir yerə ucalmalıdır ki, Qurani-Kərim bu barədə buyurur: «Allah öz istədiyini dərəcələrə yüksəldir. Hər bilik sahibinin fövqündə ondan üstün bir bilici də vardır!»3
Allah-Təala Qurani-Kərimdə Peyğəmbərə (s) əmr edərək buyurur: Ey Peyğəmbərim! Məndən öz elminin çoxalmasını istə. «Cəbrail (ə) tərəfindən sənə tamam-kamal vəhy olunmadan əvvəl Quranı oxumağa tələsmə və Pərvərdigara! Mənim elmimi artır! De».4
Sonrakı dərəcə haqqa çatmaqdır.
«Həqqul-yəqin»5 mərtəbəsini elmi sözlərlə ifadə etmək olmaz. «Həqqul-yəqin» zehində həqiqətlərlə daha da yaxından tanış olmaqdır. Bu dərəcə hiss mərtəbəsindən yüksəkdir.
Dostları ilə paylaş: |