Əvvəl qurddu bircə-bircə bu sürünü dənləməkdə,
Bu sürüyə bir nəzər sal, asudəlik və qəflətdə.
İnsan hicabdan yaxa qurtara bilsə qəlbi işıqlanıb, haqqı görə bilər. Bu anda Onu tələb edib, ancaq Onun razılığını əldə etməkdən ötrü çalışar. Amma nə qədər ki, qəlbi hicab örtüb, o qəlbin haqqı istəməsi qeyri mümkündür.
ALİM OLMAQDAN ÖTRÜ, ƏVVƏL
RUHANİ OLUN
Şəhid Süni (r.ə) özünün «Muniyətul-mürid» kitabında Həzrəti İsadan (ə) belə bir hədis nəql edir: Elm göydə deyil ki, sizə nazıl olsun, yerin altında deyil ki, üzə çıxsın. Elm sizin qəlbinizdə olan bir çeşmədir, lakin hicab və maniələr bu çeşmənin üzərini tutmuşdur. Onun qaynamasından ötrü bu maniələri aradan aparmaq lazımdır. Elmə sahib olmaq üçün ruhani ədəbini əldə edin.
Nə qədər ki, mənəvi və ruhani insanlar deyil, dünyapərəst adamların üslublarından istifadə edirsiniz, həqiqi elm və mənəviyyatdan uzaq düşəcəksiniz. Həqiqi elm əldə etməkdən ötrü qəlbinizdəki hicabları aradan aparıb, mənəvi insanlar kimi, ədəb və mərifətlə silahlanın.
Dostları ilə paylaş: |