«Ancaq özünü vəsf etdiyi kimi, O, tək Allahdır».1 Allah-Təala Quranda da öz təkliyini vəsf etmişdir.
«Qüdrətdə Ona qarşı dura bilən bir varlıq yoxdur».2Aləmdə nə varsa, Onun yaratdığıdır. Heç bir kəs Onun ziddinə kedə bilməz.
«O, zavala uğramaz, əbədidir».3 Həmişə olmuş və həmişə də olacaqdır. Heç vaxt aradan gedən deyildir.
BÜTÜN MƏXLUQLARIN YARADILIŞI ALLAHDANDIR, QAYIDIŞ DA ONA TƏRƏFDİR Əli (ə) həmin vəsiyyətin davamında buyurur: «Allah hər şeydən əvvəldir, onun əvvəlinə heç bir əvvəl ola bilməz». Bütün varlıqlar onun tərəfindən yaradılmışdır. Çünki əgər Allah-Təala haqqında ilkinliyə laiq olsaq, yəni Ona «hadis» desək, Onun sonradan yaranması lazım gəlir. Bəlkə «huvəl-əvvəl»mənası, bütün mövcudlar Onun tərəfindən yaradılmışdır və «huvəl-axir» mənası isə, bütün məxluqların qayıdışı Ona tərəfdir deməkdir.