«Hər şeydən sonradır, sonuna bir son ola bilməz». Özünün sonu olmadan, bütün şeylərin qayıdacaq yerləri və axırı Odur.
İKİ ŞEYƏ PƏRƏSTİŞ EDƏNLƏR NƏ DEYİRLƏR? «Sənəviyyə» adı ilə məşhur olan bir dəstə, tövhidi-zatinin əksinə çıxaraq çoxallahlığa qaildirlər. Bu əqidəli insanlardan Hindistanda hələ də vardır. İki məbdəyə inanmaqların səbəbi haqqında belə deyirlər: Bir varlıq aləmində xeyir olan inək, qoyun və şər hesab edilən ilan, əqrəb və yırtıcıları müşahidə edirik. Heç vaxt xeyir və şər məbdəsi bir ola bilməz. Deməli, iki məbdə olmalıdır. Biri xeyir məbdəsi olan nurdur ki, ona fars dilində «yəzdan», digəri isə şər məbdəsi olan «İblisdir» ki, ona zülmət deyirlər.
Əlbəttə onlar naqis əqillərinə uyğun olaraq bu cür dəlillər gətirmişlər.