- Toko, Tako, oyanın, məktəbə gecikirsiniz, saat 8-dir!
- Ata, çox yuxumuz gəlir, bir az da yataq...
- Bir az yatsanız, məktəbə də gecikərsiniz və hazırladığınız burito da evdə qalacaqdır! – Vika da uşaqları yuxudan oyatmağa başlayır.
- Oy, duraq, Toko, tez ol, məktəbə yubanmayaq! Axı bu gün “yeməklərin festivalı” başlayır məktəbdə! Bizim hazırladığımız Meksika buritosu....
- İndicə dururam, buritonu hazırladığım üçün gec yatdım və dura bilmirəm. Ümid edirəm ki, mənim və Takonun hazırladığı uşaqların xoşuna gələcəkdir....
Bu gün Tokonun, Pakonun və Takonun məktəbində yeməklərin festivalı başlayır. Uşaqlara müxtəlif ölkələrin mətbəxini seçmək və həmin ölkənin xörəklərini təqdim etmək tapşırılmışdır. Toko və Takoya Meksika mətbəxinin xörəklərini hazırlamaq və təqdim etmək tapşırılmışdır, Pakoya – İtaliya. Festivalda başqa bir çox ölkələrin mətbəxləri də təqdim edilmişdir: Çin, Afrika, Rusiya, Gürcüstan.
Toko və Tako çox böyük və uzun burito hazırladılar. “Bütün sinif yoldaşlarımızı qonaq etməliyik, buna görə də böyük burito alınmalıdır”, - uşaqlar qərara aldılar və həqiqətən də bütün sinfə çatacaq böyük burito alındı. Toko və Takoya ata və anası da kömək edirdilər. Böyük buritonu iri kağıza bükdülər, Tako əlində tutdu və uşaqlar məktəbə tərəf getdilər...
Toko, Tako və Pakonun məktəbində yeni qaydalar qəbul edilmişdir. Məktəbdə mandatura işləyir. Bilirsinizmi, mandatura nədir və nə ilə məşğuldur? Mandatura məktəbdə qayda-qanunu qoruyur, mandaturanın funksiyasıdır ki, məktəbdə bütün şagirdlər özlərini təhlükəsiz hiss etsinlər. Bunum üçün mandaturalar səhərlər xüsusilə səfərbər olurlar. Bütün şagirdlərə diqqət yetirirlər ki, məktəbə şübhəli heç nə gətirməsinlər.
Məktəbə gedən Tokonu və Takonu birdən mandatura qarşılarını kəsdi:
- Salam, bu nədir əlinizdəki? – mandatura uşaqlardan soruşdu.
- Burito! – Toko və Tako eyni vaxtda səsləndilər.
- Buritodur və ya kalaşnikov, bilmirəm, bunu içəri keçirə bilmərəm, burada qoyun, yoxlamalıyam və valideynlərinizə geri verməliyəm! - mandaturanın səsi daha da ciddiləşdi.
- Niyə qoymursunuz içəri keçirməyə, müəllim tapşırmışdır! – Tako mandaturaya cavab verdi.
- Bu məsələni araşdırarıq! Müəllim kimə, nəyi və nə üçün məktəbə gətirməyi tapşırdığını öyrənərik! İndicə protokol tərtib edərik və bu buritonu saxlayacağam!
Toko və Takonun kefləri pozuldu. Uşaqların həvəsləri söndü. Xoşbəxtlikdən məhz elə bu zaman onların müəllimləri gəldi.
- Bugünkü layihə üçün burito gətirdik və mandatura da əlimizdən aldı, yeməklər festivalında Meksika mətbəxinin təqdimatını keçirmək istəyirdik, amma.. – uşaqlar müəllimə şikayət etdilər.
- Niyə əlinizdən aldı? İndicə öyrənərəm! - və Toko və Takonun müəllimi mandaturaya tərəf üz tutdu.
Bir azdan müəllim burito əlində geri qayıtdı:
- Əsəbləşməyin, uşaqlar, mandatura onu şübhəli əşya bilmişdir. Layihə üçün buritonu gətirməyinizi bilmirdi, onun vəzifə borcudur ki, məktəbdə asayişi qorusun. Buna görə də onları qınamayın, onlara izah etdim və dərhal buritonu geri qaytardılar və həm də protokol tərtib etmədilər... ... – müəllim gülümsəyərək Tokoya və Takoya öz buritolarını qaytardı.
- Onun vəzifəsi məktəbdə təhlükəsizliyi qorumaqdır, yeməklər festivalını pzomaq deyil! – hirsli Tako sakitləşə bilmirdi....
Tezliklə yeməklər festivalı da açıldı. Toko və Tako öz hazırladıqları yeməklə hamını tanış edir və qonaq edirdilər.
- Bu buritodur, Meksika yeməyi. Onun hazırlanması elə də çətin deyil, onun hazırlanması üçün yalnız mal əti, lobya, soğan, sarımsaq, bibər, duz, Meksika çörəyi (tortila)--- Toko dil-dil ötürdü.
- Əslində bəzi meksikalılar deyirlər ki, burito tam Meksika xörəyi deyil, - Tokonun söhbətinə Pako qarışdı, - meksikalılar hazırladılar, amma Şimali Meksikada, Amerika Birləşmiş Ştatlarında daha məşhurdur, Cənubi Meksikada onu ənənəvi xörək hesab etmirlər.
- Doğru deyirsən, Pako! - Tako yoldaşı ilə razılaşdı, - burito həqiqətən də Şimali Meksika xörəyidir, onun yaradılması və adının verilməsi tarixini bilirsənmi?
- Yox, bunu bilmirəm, maraqlıdırmı? – Pako maraqlandı.
- Hə, maraqlıdır... Bir sözlə, burito haqqında çoxlu əfsanə və hekayələr mövcuddur, fərziyyələrdən birinə görə, buritonu ilk dəfə Meksikanın ştatlarından birində Çihuahuada hazırlamışlar, Meksikada inqilab zamanı. Bir nəfərin yüngül qəlyanaltı üzrə xırda biznesi var imiş. Bu kişinin xörəkləri soyumasın deyə, bu xörəyi nazik Meksika çörəyinə, tortilaya və salfetkaya bükürdü. Belə bükülmüş xörək Meksikanın şimal hissəsində və Amerika Birləşmiş Ştatlarında, xüsusilə Texas ştatında məşhur oldu.
Biznesmen qərara aldı ki, balaca eşşək alsın və yeməyi Amerikaya keçirib orada satsın. Adını da oradan görürdü, ispanca balaca eşşəyi “buro” adlandırırlar, burito isə eşşəyin ispanca qısaldılmış adıdır.
- Doğrudan da çox maraqlıdır, burito haqqında bu qədər həqiqətən də bilmirdim. Yalnız onu bilirdim ki, meksikalılar öz ənənəvi xörəkləri kimi başqa xörəkləri hesab edirlər.... Xörəklərin festivalında müxtəlif ölkələr haqqında çoxlu məlumat öyrəndim! Beləsi günlər nə qədər çox olarsa, çox yaxşı olar! Bu zaman daha çox öyrənirik və çox eşidirik, həm də həvəsli və maraqlıdır, bəzi dərslər kimi darıxdırıcı deyil! – Pako bu günkü gündən çox məmnun idi...
Toko və Tako xörəklərini dostlara qonaq etdilər. Hamı uşaqların hazırladıqlarını çox bəyəndilər. Daha böyük burito hazırlansaydı, yenə də yetməzdi, uşaqların çox xoşuna gəlmişdi...
Tako xörəyin bir azını özü üçün əvvəlcədən saxlamışdı. Məktəbdən çıxdıqda mandaturaya verdi:
- Buyurun bu bizim xörəyimizdir, xoşunuza gələcəkdir! – Toko mandaturaya söylədi.
Mandatura uşaqlardan buritonu götürdü, dadına baxdı, çox xoşuna gəldi və utanaraq gülümsədi...
Dostları ilə paylaş: |