Həsən əl-Bənna Barədə - “Muzəkkəratu Dauva və Daiyə”də (səh. 19-23-27) kitabında özü barədə deyir: “Mən əs-Safiyyə camaatından olan bir qrup qardaşları məsciddə görmüşdüm. Hər gün İşa namazından sonra Allahı zikr edərdilər. Onların gözəl səsləri, nəşidləri məni cəlb etdi”. “Mənim qəlbim həmişə şeyx ilə bağlı idi. Damanhur şəhərində mədrəsəyə girdim. O mədrəsədə şeyxin qəbri var idi və mən hər gün oranı ziyarət edirdim. Bir gün soruşdum ki, sizin imamınız kimdir? Allahdan qorxan mənə dedi ki: “Bizim şeyximiz Basyuni”. Mən də ona yaxınlaşıb beyət etdim. O da mənə icazə verdi. Bu da əgər sərf etmirəmsə bazar günü idi. Mən bu təriqəti qəbul etdim. Kitablarını oxuyur, onlarla olurdum”. “Dincəlmək istədikdə ölmüş şeyxi həmin şəhərdə ziyarətə gedərdik. Hərdən piyada gedirdik. Ziyarət etmək üçün 20 kilometr gedirdik”. Muhəmməd əs-Saff “İmam Şəhid Həsənul-Bənna” (səh. 29) deyir ki: “Baş ofisə bir neçə baş xristianlar gəldilər. Adları - Duz Başa, Yunus, Butrus Qali. Tələb etdilər ki, imamdan onlar üçün xristian qardaşlar – deyə adlanan bir qrup açsınlar. Nə üçün? Müsəlman qardaşlara Allaha imanı yaymaq üçün kömək etsinlər. Həsənul-Bənna dedi: “Bu gözəl fikirdir”.
Şeyx Useymin – rahmətullahi aleyhi – deyir ki: “Şeyx Rabi – Sünnə əhlinin alimlərindəndir və böyük xeyrin sahibidir. Əqidəsi doğru mənhəci isə düzdür”106.
Şeyx Useymindən – rahmətullahi aleyhi – soruşurlar: “Bizim sualımız Şeyx Mədxəlinin kitabları barəsindədir?”. Cavab: “Bu sualın mənim cavabıma ehtiyacı yoxdur. Bu ona bənzəyir ki, İmam Əhməddən İshaq İbn Rahaveyh – rahmətullahi aleyhi – haqqında soruşdulr. İmam Əhməd – rahmətullahi aleyhi – dedi: “İshaqdan mənim kimilər barəsində soruşulur, məndən isə İshaq barəsində soruşulmaz”107.
Şeyx Muqbil – rahmətullahi aleyhi – deyir ki: “Mən öz qardaşlarıma Şeyx Mədxəlinin kitablarını oxumağı və onlardan fayda almağı tövsiyə edirəm. Xeyir isə bu kitablarda çoxdur”108.
Şeyx əl-Albani – rahmətullahi aleyhi – deyir ki: “Cərh və Tədil elminin bayrağını daşıyan günümüzdə qardaşımız Rabi əl-Mədxəlidir. Kim çalışsa ki, onu təkzib etsin elmlə belə bunu edə bilməzlər, çünki elm onunladır”109.
Şeyx Saleh əl-Luheydana: “Mən İnternet səhifələrinin birində oxudum ki, bir nəfər Saleh əl-Fovzan və Şeyx Rabi əl-Mədxəlini – Allah onlardan razı olsun - İrcalıqda ittiham edir”. Şeyx deyir: “Bu cür ittihamlar bəşəriyyətin ən xeyirliləri olan Peyğəmbərlərə də yönəlmişdir. Onları sehirbaz, məcnun və s. adlarla adlandırmışlar. Kiçik bir şübhədə də yoxdur ki, bu iki şeyx İrcalıqdan uzaqdırlar. Bu iki şeyxi İrcalıqda ittiham edən kəsi bu əməlindən çəkindirmək lazımdır”.
Şeyx Albanidən – rahmətullahi aleyhi – Şeyx Muqbil və Şeyx Rabi – Hafizahullah - barəsində soruşurlar. Cavab: “Onlar Quran və Sünnəyə. Sələfin yoluna çağıran, bu doğru mənhəcə zidd olan hər bir kəslə mübarizə aparan kimsələrdir. Kim onları gözdən salmağa çalışarsa o ya cahil, ya da öz nəfsinə uyanlardandır. Əgər cahildirsə onu öyrətmək, nəfsinə uyandırsa bu zaman şərrindən Allaha sığınmaq lazımdır. Allaha dua edirik ki, ya onu doğru yola yönəltsin, ya da belini qırsın”110.
Dostları ilə paylaş: |