2. QadınVə UşaqTərəfindənKəsilmiş Qurbanlıq - Həmçinin: Müsəlman, yəhudi və xaçpərəst qadın tərəfindən kəsilmiş heyvanın ətini də yemək olar. Kəb ibn Məlik – radıyallahu anhu - rəvayət edir ki, bir qadın iti bir daşla qoyunu kəsir və bu haqda Peyğəmbər – sallallahu aleyhi və səlləm – soruşduqda, Peyğəmbər – sallallahu aleyhi və səlləm – həmin ətdən yeməsini buyurur”.1117
Buhədisdə olanfaydalardan: Qadının qurban kəsməsinə icazə verilməsi, həmçinin əgər bıçaq olmadıqda iti daşla da kəsməyin icazəli olmasıdır. İbrahim ən-Nəhai – rahmətullahi aleyhi – deyir: “Qadının və uşağın qurbanlıq heyvanını Allahın adını zikr edərək kəsməsində heç bir problem yoxdur”.1118 İbn Munzir – rahmətullahi aleyhi – deyir: “Alimlər ittifaq ediblər ki, qadın və uşaq tərəfindən kəsilmiş qurbanlığın yeyilməsində heç bir problem yoxdur”.1119