8. Kitab-Əhlinin Qurban Kəsərkən Allahın Adını Zikr Etmələri -İmam əş-Şabii – rahmətullahi aleyhi – deyir: “Allah Kitab-Əhlinin kəsdiyi heyvanların ətlərini onların kəsdikləri zaman nə deyəcəklərini bildiyi halda bizə yeməyi halal etmişdir”. Ata – rahmətullahi aleyhi – deyir: “Xəçpərəstin kəsdiyini yeyin, hətta o, İsanın - əleyhissəlam - adı ilə kəsmiş olsa da belə. Çünki, Allah bizə onların kəsdikləri heyvanların ətlərini onların kəsdikləri zaman nə deyəcəklərini bildiyi halda yeməyi halal etmişdir”.1134 Bu məsələdə ən gözəl və doğru rəy İmam Zuhri və Həsənu-Bəsrinin – rahmətullahi aleyhi – dedikləridir: “Əgər sən (qulağınla) eşitsən ki, onlar heyvanı Allahdan qeyrisinin adı ilə kəsiblər, yemə! Yox əgər sən eşitməmisənsə, o zaman ye! Çünki, Allah onların kafir olduğunu bildiyi halda bunu sənə icazə verib”.1135