10. Qurbanlıq Heyvanı Qibləyə Tərəf Yönəltmək - Qurbanlıq heyvanı Qibləyə tərəf döndərməyin Sünnə yoxsa vacib olması barəsində Quran və Sünnədə bir şey varid olmayıb. Bu əməlin yalnız Qurbanlıq bayramı zamanı kəsilən heyvanı Qibləyə çevirməyin müstəhəb olmasıdır. İmam Şəukani – rahmətullahi aleyhi – deyir: “Bu barədə Quran və Sünnədə heç dəlil yoxdur. O ki qaldı qurbanlıq heyvanın qibləyə tərəf döndərilməsinin müstəhəb olmasını deyənlərə - Qurban bayramına əsaslanaraq bunu söyləyirlər - bu düzgün deyildir. Çünki, müstəhəb – şəriət qayda-qanunu olduğu üçün onun da dəlilə ehtiyacı vardır”.1141 Lakin buna baxmayaraq heyvanı Qibləyə tərəf döndərməkdə çətinlik yoxdursa, bunu etmək daha yaxşıdır. Çünki, İbn Ömər – radıyallahu anhu - qurbanlq zamanı heyvanı qibləyə tərəf döndərməyi sevər və qibləyə tərəf döndərilərək kəsilməyən heyvanların ətini yeməyi də sevməzdi”.1142 Cabir – radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – qurbanlıq kəsərkən heyvanı Qibləyə tərəf çevirərdi.1143 Nəfi – rahmətullahi aleyhi – deyir: “İbn Ömər – radıyallahu anhu - qurbanlıq heyvanı kəsdiyi zaman Qibləyə tərəf çevirərdi”.1144