Toplayan və TƏRTİb edəN: K. HÜSeyn


ALİMLƏRİN ŞEYX ƏL-ALBANİ – Rahmətullahi Aleyhi – BARƏSİNDƏ SÖZLƏRİ



Yüklə 5,74 Mb.
səhifə11/218
tarix03.01.2022
ölçüsü5,74 Mb.
#42635
1   ...   7   8   9   10   11   12   13   14   ...   218
ALİMLƏRİN ŞEYX ƏL-ALBANİ – Rahmətullahi Aleyhi – BARƏSİNDƏ SÖZLƏRİ
Şeyx Useymindən – rahmətullahi aleyhi – əl-Albaninin – rahmətullahi aleyhi – Murciyə ilə ittiham olunması barəsində soruşulduqda o dedi: “Kim Şeyx əl-Albanini – rahmətullahi aleyhi – İrcalıqda ittiham edirsə yanılmışdır. O, ya şeyx əl-Albanini tanımır, ya da İrcalığın nə olduğunu bilmir. Şeyx əl-Albani – rahmətullahi aleyhi – Əhli Sünnədən olan bir kimsədir, Sünnəni müdafiə edən, Hədis elmində İmam və biz zəmanəmizdə onunla müqayisə ediləcək bir kimsə tanımırıq. Lakin bəzi insanların qəlblərində kin (nifrət, ədavət) gizlənmişdir nə zaman ki, onlar (Şeyx əl-Albani) kimi insanların bacarıq və qabiliyyətlərini görürlər. Bu zaman onlar onun barəsində nəlayiq (pis) şeylər danışmağa başlayır, necə ki, bunu müafiqlər möminləri istehza edərək edirdilər. Biz bu insanı onun kitablarından tanıyırıq və mən onu şəxsən keçirdiyi məclislərindən tanıyıram. O, əqidədə Sələfidir, doğru mənhəc üzərə gedən birisidir. Bəzi insanlar Allahın kafir saymadığı qullarını təkfir edir və onlarla Təkfir məsələsində razılaşmayan kimsələri isə İrcalıqda ittiham edirlər. Bu böyük yalan və böhtandır, belə kimsələrin sözlərini nə dinləyin, nə də qəbul edin”111.

Şeyx AbdulMuhsi əl-Abbaddan – Hafizahullah - Şeyx əl-Albanidən – rahmətullahi aleyhi – çəkindirən kimsələr barəsində soruşulduqda o dedi: “Həqiqətən bu çox qəribə (təəccüb) doğuran bir haldır ki, Şeyx əl-Albanidən çəkindirmək (insanları). Sünnətin yayılmasına xidmət göstərən, öz həyatını Peyğəmbərin - sallallahu aleyhi və səlləm – Sünnətini araşdıran və (insanları) səhih və zəif hədislərlə tanış edən bir kimsədən (insanları) çəkindirmək! İnsanların üzərinə düşən onun üçün dua etmək, onu tərif etmək və elmindən faydalar götürməkdir. İnsanların bu günkü halı ondan ibarətdir ki, istənilən insan hansı ki, hədis elmi ilə məşğuldur, bu iki şəxsə müraciət etməməsi mümkün deyildir: İbn Həcər və Şeyx əl-Albani – rahmətullahi aleyhi –. İbn Həcərdən hədis elmi üçün gələn xeyir böyük olduğu kimi Şeyx əl-Albanidən gələn fayda böyükdür. Ona görə də Şeyx əl-Albanidən çəkindirən kimsə elə bil ki, haqqı başa düşməkdən və sünnəti anlamaqdan çəkindirmişdir. O, tərf edilməyə və onun üçün dua edilməyə layiq bir kimsədir”112.

Şeyx Muhəmməd İbn İbrahim – rahmətullahi aleyhi – deyir ki: “Şeyx əl-Albani – rahmətullahi aleyhi – Sünnətə bağlı, haqqın tərəfdarı və bidət əhlinə qarşı mübarizə aparan bir kimsədir”113.

Şeyx İbn Bazz – rahmətullahi aleyhi – deyir ki: “Mən dövrümüzdə Səma altında Şeyx əl-Albanidən – rahmətullahi aleyhi – daha elmimli bir kimsə tanımıram”114.

Şeyx İbn Bazza – rahmətullahi aleyhi – bu hədisi oxuyaraq: “Əbu Hureyrə - radıyallahu anhu– rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Heç şübhəsiz ki, Allah bu ümmət üçün hər yüz ilin başlanğıcında dinini qoruyan kimsələr göndərəcəkdir»115. dedilər: “Bu əsrin Mücəddidi kimdir?”. İbn Bazz: “Şeyx Muhəmməd Nasıraddin əl-Albani, bu mənim fikrimdir”116.

Şeyx AbduƏziz Əli Şeyx və Saleh əl-Fovzan – Hafizahullah - deyirlər ki: “Günümzdə Sünnənin müdafiəçisidir”117.

Şeyx Abdullah İbn AbdurRahman əl-Bassam – Hafizahullah - deyir ki: Şeyx əl-Albani – rahmətullahi aleyhi – dövrümüzün Sünnənin müdafiəsində canı və malı ilə əsirgəmədən xidmət göstərən böyük imamlarından biridir”118.

Şeyx AbdulMuhsin əl-Abbad – Hafizahullah - deyir ki: “Şeyx əl-Albani – Allah ona rəhmət etsin – öz həyatının illərini Sünnətə xidmət etmək, kitabların yazılmasına, Allaha dəvət, Sələfi dəvətinin qalib gəlməsinə və bidətə qarşı mübarizə aparmasına həsr edən məşhur Sələfi alimlərindəndir. Peyğəmbərin – sallallahu aleyhi və səlləm – Sünnətinin qoruyucusudur. Belə bir alimin itkisi sözsüz ki, böyük itkidir müsəlmanlar üçün. Allah onu etdiyi bütün bu əməllərinə görə xeyirlə mükafatlandırsın və onu Cənnətinə daxil etsin”119.

Şeyx Abdullah əl-Ubeylan – Hafizahullah - deyir ki: “Mən və dünya müsəlmanları böyük imam, alim, mühəddis, Muhəmməd Nəsıraddin əl-Albaninin – rahmətullahi aleyhi – həyatdan köçməsinə görə çox kədərlənirik. Hqəiqətdə sözlə onun dəyər və qiymətini çatdırmaq olmaz. Onun Sələfi dəvətini dirçəltməyindən başqa heç bir əməyi olmasaydı belə, bu onun üçün (Allahın dini) üçün əlçatmaz bir xidmət olardı. Lakin buna baxmayaraq Sünnə üzərində yaşayan və bidətlərdən çəkindirən Sələfiliyə dəvət edən görkəmli xatib idi. Şeyximiz Abdullah əd-Duveyş deyir ki: “Artıq neçə əsrlərdir ki, (ümmət) Şeyx Nasır kimisini hədislərin təhqiqi ilə məşğul olan görməmişdir. İmam Suyutinin – rahmətullahi aleyhi – ölümündən ta günümüzə qədər Şeyx əl-Albani kimi hədis elmini geniş şəkildə öyrənib araşdıran olmamışdır”120.

Şeyx Saleh Əli Şeyx – Hafizahullah - deyir ki: “Muhəmməd Nəsıraddin əl-Albani – rahmətullahi aleyhi – kimi bir alimi itirmək böyük bir itkidir. Bu alim İslam ümmətinin alimlərindən, muhəddislərdən bir muhəddis, hansı ki Allah onun səbəbilə dinini qoruyur və Sünnəsini yayır”121.

İbn Bazz – rahmətullahi aleyhi – deyir ki: “Şeyx əl-Albani – rahmətullahi aleyhi – bizim qardaşlarımızdan biridir. Əhli Sünnətin mühəddislərindəndir. Allahdan özümüz və onun üçün dində sabitlik və xeyirdə yardım diləyirik. Hər bir müsəlmana vacibdir ki, alimlər barəsində Allahdan qorxsunlar, elmsiz heç bir şey danışmasınlar”122.

Şeyx əl-Albanini – rahmətullahi aleyhi – ilk olaaq İrcalıqda ittiham edən Səfər Həvəli olmuşdur. O, “Zahiratul İrca” 2/651, 657 kitabında deyir ki: “Namazı tərk edənin kafir olmadığını yalnız İrcalıqdan təsirlənən bir kimsə deyə bilər”. Sonra: “İlk olaraq İslamın dayaqlarını tərk edənin təkfir olunmaması fikrini ortaya – Murciyələr atmışlar”. Şeyx əl-Albani – rahmətullahi aleyhi – deyir ki: “O (Səfər Həvəli “Zahiratul İrca”), məni ittiham edir, halbuki mən ən kiçik bir məsələdə belə İrca əhlinə müxalifəm. Mən deyirəm ki: İman – artır və azalır, saleh əməllər imandandır. Deyirəm ki, icazəlidir demək: İnşəallah mən möminəm!”. Baxmayaraq ki, bütün bu deyilənlər İrca əhlinə ziddir, lakin o məni İrcalıqda ittiham etmişdir. Mən deyirəm: Necə də dünənki gün bu günə bənzəyir. Bir dəfə bir nəfər İbn Mubaraka dedi: İçki içən və zina edən kimsə barəsində nə deyə bilərsən? O, mömindirmi?”. İbn Mubarak: “Mən onu iman dairəsindən çıxarmıram”. Adam: “Qoca yaşında deyəsən Murciyə olmusan”. İbn Mubarak: “Həqiqətən İrca əhli mənim dediyimi demir: Mən deyirəm ki, iman artar və azalar. İrca əhli isə: Belə demə deyirlər. Onlar deyirlər ki, onların saleh əməlləri qəbuldur. Lakin mən saleh əməllərimin qəbul olub olmadığını bilmirəm. Sənin isə əlinə qələm kağız götürüb alimlərin yanında oturmağına ehtiyacın vardır”123.

Şeyx Useymindən – rahmətullahi aleyhi – souşurlar: “Bəzi insanlar iddia edirlər ki, Şeyx əl-Albaninin – rahmətullahi aleyhi – iman məsələsində dedikləri İrca əhlinin sözləridir? Buna cavabınız nədir? Şeyx: “Əvəllər qeyd etdiyim kimi indi də deyirəm: “əl-Albani – rahmətullahi aleyhi – alimdir, muhəddisdir, fəqihdir. Baxmayaraq ki, muhəddis kimi o fəqihdən daha güclüdür. Mən ondan elə bir söz bilmirəm (eşitməmişəm) ki, ircalığa aid olsun. Heç vaxt! İnsanları təkfir edənlər əl-Albani – rahmətullahi aleyhi – və digərləri barəsində deyirlər ki, onlar Murciədir. Bu insanları pis bir adla çağırmağın hökmündədir. Mən şahidlik edirəm ki, əl-Albani – rahmətullahi aleyhi – doğru yolda və doğru etiqad üzərədir. Bununla bərabər mən onun xətasız (məsum) olduğunu da söyləmirəm. Çünki Peyğəmbərlərdən başqa heç kəs xətadan sığortalanmamışdır”124.

AbdusSalam İbn Barcisdən soruşurlar: “Şeyx əl-Albani – rahmətullahi aleyhi – Murciyədirmi?”. O: “Şeyx əl-Albani – rahmətullahi aleyhi – Sünnəni bilən, Sünnə əhlinin Şamda şeyxi, necə ki, Şeyx İbn Bazz Hicazda Sünnə əhlinin şeyxi oldğu kimi. O, ki qaldı şeyxi İrcalıqda ittiham edənlərə bu iki haldan biridir: Ya onlar Xəvaricdirlər, ya da İrcalıqdan heç bir anlayışı olmayan cahildirlər”125.

Şeyx İbrahim ər-Ruheyli – hafizahullah - deyir ki: “Təkfir əhlinin İrcalıqda ittiham etdikləri alimlərdən biri də Muhəddis, görkəmli alim Muhəmməd Nasıraddin əl-Albanidir – rahmətullahi aleyhi –. İlk olaraq Şeyxi ircalıqda ittiham edən “İxvanul Muslimin” cəmaatının ideyalarını daşıyan Səfər Həvəli olmuşdur. O, “Zahiratul İrca” adlı kitabında Seyid Qutbu tərif etmiş və Şeyx əl-Albanini ircalıqda ittiham edərək pisləmişdir. Ona görə də deyilir ki: Bu kitabın bir hissəsi Seyid Qutbu tərif etməkdən, digər hissəsi isə Şeyx əl-Albanini pisləməkdən ibarətdir”126.

Şeyx Əhməd Nəcmidən soruşular: “Hizbiçilərin kitablarından bəhrələnən bəzi kimsələr - İbn Bazz, İbn Useymin və əl-Albanini – rahmətullahi aleyhi – İrcalıqda ittiham edilər. Səbəb isə müsəlman hakimləri kafir görmədikləri üçündür”. Şeyx deyir: “Bu zəlalətdir, azğınlıqdır. Bu bidət əhli hər gün bir çıxışnan çıxış edir. Əgər əl-Albani, İbn Bazz və Useymin – rahmətullahi aleyhi – bu ümmətin xeyirliləri, bu ümmətin alimləri Murciyə oldusa, onda kim qaldı? Kim qaldı onda! Biz Allaha məxsusuq və Onun hüzuruna da qayıdacağıq! Bu bəla və müsibətdir. Belə kimsələri həps edib, lazım gəlsə cəzalandırmaq ki, bu sözləri tərk etsinlər”. “Tabria Kibarul Ulama Lil Albani Minal İrca”.



Yüklə 5,74 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   218




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin