5. Sual: Buna oxşar bir suala Şeyx Useyminin – rahmətullahi aleyhi – dedikləri: “Kəsilmiş heyvanın üç halı vardır:
1.Biz bilirik ki, kəsilən heyvan şəriətə uyğun olaraq kəsilib. Bu halda bu əti yemək halaldır. 2. Biz bilirik ki, kəsilən heyvan şəriətə uyğun olaraq kəsilməyib. Bu halda bu əti yemək haramdır. 3. Biz şübhədəyik və bilmirik ki, bu heyvan (şəriətə) uyğun kəsilib, yoxsa yox. Bu halda bu cür heyvanın ətini yemək olar və bizə hansı üsulla bu heyvanın kəsilməsi haqda soruşmaq və araşdırmaq, kəsilərkən Allahın adı zikr olunması, yoxsa zikr olunmaması bizə vacib deyil. Hətta, Sünnə bizə açıq-aydın göstərir ki, bu haqda soruşmamaq və araşdırmamaq daha yaxşıdır. Aişə – radıyallahu anhə - rəvayət edir ki, bir qrup insanlar Peyğəmbər – sallallahu aleyhi və səlləm – yanına gələrək dedilər: “Ya Rəsulallah! Bizə ət yeməyi gətirirlər. Lakin üzərində Allahın adının zikr olunub-olunmadığını bilmirik?” Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Bunun üçün siz Bismilləh deyin, sonra da yeyin”. Onlar İslamı yeni qəbul etmiş kimsələr idi”.1173 Peyğəmbərin – sallallahu aleyhi və səlləm – “Bismilləh” demək əmri heyvanı kəsməmişdən öncə deyilən Bismilləh - deyildir. Hədisdən də aydın olduğu kimi heyvan artıq kəsilmişdir. “Bismilləh” demək əmri yemək yeməmişdən öncə deyilən Bismilləhdir. Yemək yeməmişdən öncə Bismilləh demək artıq şəriətimiz tərəfindən təyin edilmişdir. Hətta yeməkdən öncə Allahın adını zikr etmək vacib əməllərdəndir. Buna da Peyğəmbərin – sallallahu aleyhi və səlləm – açıq-aydın əmri vardır. Əgər insan Allahın adını zikr etməyərək yeməyə başlayarsa şeytan mütləq onun yeməyinə şərik olar. (İbn Abbas – radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – demişdir: "İblis dedi: "Ey Rəbbim! Yaratdıqlarından elə bir kəs yoxdur ki, Sən onun ruzisini və yaşayışını təmin etməmiş olasan. Bəs mənim ruzim nədir?" O buyurdu: "Üzərində Allahın adı zikr olunmayan (qidalar)".1174). Əgər insan Allahdan qorxub bu cür yeməkxanalarda (ət) yeməyi yeməzsə, onda heç bir günah daşımır. Həmçinin, bunun əksi də belədir. Kim ki, belə bir yerlərdə (ət) yeməyi yeyərsə, o da heç bir günah daşımır”.