Toplayan və TƏRTİb edəN: K. HÜSeyn



Yüklə 5,74 Mb.
səhifə122/218
tarix03.01.2022
ölçüsü5,74 Mb.
#42635
1   ...   118   119   120   121   122   123   124   125   ...   218
Şeyx Useymin rahmətullahi aleyhi – deyir ki: “Qeyri müsəlman dövlətlərdən idxal olunan, yəni kəsilmiş heyvanlara yəhudi və xaçpərəstlər cavabdehlik daşıyırlarsa, bu cür heyvanların ətlərini yemək halaldır və onların necə kəsildiyini, Allahın adının zikr edilib-edilmədiyini soruşmamalıyıq. Necə ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – Xeybərdə yəhudi qadın tərəfindən verilən qoyun budunu yemişdir. Həmçinin, Peyğəmbər – sallallahu aleyhi və səlləm – yəhudinin verdiyi yeməyi də yemişdir. Halbuki orada qaxsımış yağ vardı. Yağ isə - öz halını dəyişmiş piydir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – onun necə kəsildiyini və Allahın adının zikr olunub-olunmadığını heç soruşmadı. Aişə – radıyallahu anhə - rəvayət edir ki, bir qrup insanlar Peyğəmbərin – sallallahu aleyhi və səlləm – yanına gələrək dedilər: “Ya Rəsulallah! Bizə ət yeməyi gətirirlər. Lakin üzərində Allahın adının zikr olunub-olunmadığını bilmirik?” Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Bunun üçün siz Bismilləh deyin, sonra da yeyin”. Onlar İslamı yeni qəbul etmiş kimsələr idi”.1178 Bu hədislərin hər biri dəlildir ki, heyvanın necə kəsildiyi barədə soruşmaq lazım deyil. Bu da şəriətin hikmətindən və asanlığındandır. O ki qaldı qeyri müsəlman dövlətlərindən idxal edilən – hansı ki, kəsilməsində məcusilər, bütbərəstlər və s. cavabdehdir - bu cür ətləri yemək haramdır. Çünki, Allah bizə Kitab Əhli istisna olmaqla kafirlərin yeməklərini yeməyi haram etmişdir.

Əgər biz kəsilən heyvanın müsəlman və ya Kitab Əhli tərəfindən kəsildiyini ehtmal etsək, bu cür əti yeməkdə heç bir problem yoxdur. Fəqihlər deyirlər: “Əgər bizə ət verilsə, elə bir yerdə ki, əhalisinin çox hissəsi ətinin yeyilməsinə icazə verilən qrupdandır (Kitab Əhli və müsəlmanlar) bu cür ət halaldır”. Əgər ətin mənşəyi və kim tərəfindən kəsildiyi bilinməzsə, bu cür əti yeməkdən çəkinsən daha yaxşı olar.

Fətava Uləma Bilədil-Haram” 378-379.

11. Sual: Hörmətli Şeyx, əgər bir kimsə şübhəli şeydən çəkinərək ət yemir, lakin valideyinləri onu yeməyi əmr edirlər. O kimsə, valideyinlərinə itaət etməlidir, yoxsa şübhəli şeydən çəkinməlidir?


Yüklə 5,74 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   218




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin