Toplayan və TƏRTİb edəN: K. HÜSeyn



Yüklə 5,74 Mb.
səhifə125/218
tarix03.01.2022
ölçüsü5,74 Mb.
#42635
1   ...   121   122   123   124   125   126   127   128   ...   218
Şeyx Useymin rahmətullahi aleyhi – deyir ki: “Namaz qılmayan (müsəlman) bir kimsə tərəfindən kəsilmiş əti yemək əgər o Allahın adını zikr edibsə halaldır. Bu da namazı (tənbəllik və s.) səbəblərdən tərk edənin (qılmayanın) dindən çıxmadığını deyənlərin rəyidir. Lakin namazı qılmayanın dindən çıxdığını söyləyənlərin rəyinə görə isə bu cür ət məhsullarını yemək olmaz”.

15. Sual: Hörmətli Şeyx, əqidəsi bəlli olmayan bir kimsənin kəsdiyi heyvanın ətini yemək olarmı? Həmçinin günahın haram olduğunu bildiyi halda ona izn verən kimsənin necə?

Şeyx İbn Bəzz rahmətullahi aleyhi – deyir ki: “Bir kimsənin şirki bəlli olmadıqca onun kəsdiyi heyvanın ətini yemək olar. Əgər müsəlman bir kimsə şəhadət etsə ki, Allahdan başqa ibadətə layiq haqq ilah yoxdur və Muhəmməd Onun qulu və Rəsuludur, ondan küfrə aparacaq bir əməl (söz) məlum olmazsa kəsdiyi heyvan halaldır. Lakin bizə məlum olsa ki, həmin şəxs şirkə aparacaq əməl edir: cinlərə və ölülərə dua etmək, çətin anlarda onlara dua edib kömək diləmək, bütün bunlar böyük şirkdən sayılır və onun kəsdiyi heyvanı yemək olmaz.

Günahlar günah edən kimsənin kəsdiyi heyvanın ətinin haram olması üçün səbəb deyildir, bir şərtlə ki, insan etdiyi günahın halal olmasına etiqad etməsin. Belə bir kimsənin kəsdiyi heyvanların ətləri əgər şəriətə uyğun kəsilibsə halaldır. O kimsə ki, (müsəlmanların haramlığında ittifaq etdikləri: zina, içki, sələm) günahların halal olmasına etiqad edir (və ya edilməsinə izn verirsə) belə bir kimsə kafirdir”. (Fayda: Müsəlman bir kimsə onu İslam dairəsindən çıxaracaq bir əməli edərsə, qazı tərəfindən onun şübhələri aradan qaldırılmadıqca, maneləri dəff edilmədikcə və ona kafir hökmü verilənə qədər müsəlmana tətbiq edilən bütün əhkamlar ona da tətbiq edilir”.1180

Fətava İsləmiyyə 3/ 417.

16. Sual: Hörmətli Şeyx, siqaretin hökmü nədir, müxtəlif növ siqaretlərlə İslam cəmiyyətlərini zəhərləyən kimsələrə nə məsləhət görərdiniz? Sulu qəlyan barədə nə deyə bilərsiniz?


Yüklə 5,74 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   218




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin