Şeyx İbn Bəzz – rahmətullahi aleyhi – deyir ki: “Siqaret çəkmək haramdır. Çünki, onda bir çox zərərlər vardır və bütün növləri də haramdır. Hər bir müsəlman siqaret çəkməyi tərk etməlidir və siqaret çəkənlərlə birlikdə məclisdə oturmaq da qadağandır”.
“Macallatul-Dauva” 1667.
17. Sual: Bir çox insanlar çiy ət yeyməyə aludə olublar. İstərdim bunun şəriətdə halal və haram olmaq hökmünü öyrənim.
Şeyx Munəccid – hafizahullah – deyir ki: “Bəzi alimlər qeyd edirlər ki, çiy əti yemək məkruhdur (bəyənilmir). Lakin səhih rəy çiy ətin halal olmasıdır, çünki əsli halaldır və onun yeməkdə qadağan olunmasına heç bir dəlil yoxdur. Lakin bir şərt var ki, çiy ət yeyən kimsənin sağlamlığına pis təsir etməsin. Əgər pis təsir edərsə bu zaman yeyilməsi qadağan olur. Çünki, bədənə zərərli olan hər bir şeyin haramdır; “Özünüz özünüzü təhlükəyə atmayın”. (əl-Bəqərə 195).
“Sual Va Cavab” 1924.
18. Sual: Hörmətli Şeyx, mən Yaponiya Universitetlərindən birində oxuyuram və bizim Universitetdə müxtəlif yığıncaqlar, forumlar keçirilir. Bütün bu məclislərdə içki də olur. Mən içki içməsəm də belə bu cür yığıncaqlarda iştirak etməyimdə günah varmı?