Şeyx İbn Bəzz – rahmətullahi aleyhi – deyir ki: “İçki içən kimsələrlə oturmaq qadağandır və sən onları bu əməlinə görə məzəmmət etməlisən. Əgər onlar sənə qulaq asmasalar, onları tərk etməlisən. Bu da Peyğəmbərin – sallallahu aleyhi və səlləm – sözlərinə uyğun olandır: “Kim Allaha və Axirət gününə iman edirsə, içki içilən bir məclisdə (stol arxasında) oturmasın”. İmam Əhməd, Tirmizi. Onlarla oturmaq – onların bu əxlaqsız əməlindən razı qalmaq və onlarla olmaq deməkdir; “(Ya Rəsulum!) Ayələrimizi istehza edənləri gördüyün zaman onlar söhbəti dəyişənə qədər onlardan üz çevir. Əgər Şeytan (bu qadağan əmrini) sənə unutdursa, xatırlayandan sonra o zalım tayfa ilə bərabər oturma”. (əl-Ənam 68). “Allah Kitabda (Quranda) sizə nazil etmişdir (bildirmişdir) ki, Allahın ayələrini inkar edildiyini və onlara istehza olunduğunu eşitdiyiniz zaman müşriklər başqa bir söhbətə girişməyənə qədər onlarla bir yerdə əyləşməyin! Çünki o vaxt siz də onların tayı olarsınız. Həqiqətən, Allah münafiqlərin və kafirlərin hamısını Cəhənnəmdə bir yerdə toplayacaqdır!” (ən-Nisa 140).
“Fətava İsləmiyyə” 3/ 447.
19. Sual: İnsanın ölümünün 40-cı günü Allah bağışlasın və rəhm etsin deyə (yaxınlarının ehsan olaraq) heyvan kəsib ətini paylamaları, insanları yedirtmələrinin şəriət ilə hökmü nədir?