Daimi Fətvalar Komitəsində (13/ 173) deyilir:“Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin. Allahdan qorxun. Həqiqətən, Allahın əzabı şiddətlidir!”(əl-Maidə 2).Müsəlman bir kimsəyə günah olan işlərdə və Allahın qanunlarının tapdalanmasında bir kimsəyə köməklik göstərməsi qadağandır. Əgər müsəlmanın seçim etmək imkanı varsa və o, bilsə ki, kimsə yalnız halal olan ilə ticarət edib haram satmaqdan çəkinirsə (donuz, içki və s.), onunla alış-veriş etməsi lazımdır. Əgər bu cür seçim etmək imkanı yoxdursa bu zaman aldığı məhsulun halal olduğunda arxayındırsa halal və haram qarışmış mağazalardan alış-veriş etməsi icazəlidir”. “Allahdan (Allahın əzabından) bacardığınız qədər qorxun”. (ət-Təğabun 16).
21. Sual: Kitab Əhlinin və müşriklərin bayramları münasibətilə hədiyyə olaraq müsəlmana verdikləri yeməkləri yeməsi icazəlidirmi?