Toplayan və TƏRTİb edəN: K. HÜSeyn


İSLAM TORPAQLARININ VƏ KAFİR TORPAQLARININ MÜƏYYƏN EDİLMƏSİ



Yüklə 5,74 Mb.
səhifə134/218
tarix03.01.2022
ölçüsü5,74 Mb.
#42635
1   ...   130   131   132   133   134   135   136   137   ...   218
İSLAM TORPAQLARININ VƏ KAFİR TORPAQLARININ MÜƏYYƏN EDİLMƏSİ
Aləmlərin Rəbbi olan Allaha əmd olsun, Allahın salamı və salavatı onun Peyğəmbəri Muhəmmədə, onun ailəsinə və səhabələrinə üzərinə olsun.

Sonra: Darul İslam və Darul Küfr torpaqlarının sərhədləri haradandır? Nə zaman bilmək olar ki, bu diyar Darul İslamdır, yoxsa Darul Küfr? Doğruranmı Darul İslam yalnız müsəlmanların orada çoxluğu ilə bilinir? Fransada, İngiltərədə, Belçikada müsəlmanların sayı bizim ölkədə olan müsəlmanların sayından çoxdur? Onda orada Darul İslamdır? Məgər Darul İslam yalnız Allahın hökmü ilə hökm verilərsə onda Darul İslam olur? Darul Küfrdə cümə namazı qılınırmı? Cümənin şərtləri içərisində Darul İslam Darul Küfr varmı? Peyğəmbər – sallallahu aleyhi və səlləm – Məkkədə ikən Cümə namazı qılmırdı ona görə ki, ora Darul Küfr idi? Məgər Peyğəmbər – sallallahu aleyhi və səlləm – Mədinəyə gələndə Ora Darul İslam oldu? Bütün bunlara Allahın izni ilə cavab tapacayıq!

Xəvariclərin Sifətlərindən Hər Yerin Darul Kür Olmasıdır - Xəvariclərə gəldikdə isə istər əvvəlkilər istərsə də sonrakıların etiqadı birdir bütün İslam diyarları küfr diyarlarıdır. Əgər İslam diyarında olan rəhbər kafir olarsa bu diyarda yaşayanlar hamısı da kafir olurlar. Firon və onun ordusu kimi. İmam əl-Əşari – rahmətullahi aleyhi – Xəvariclərin qolundan olan Beyxasiya haqqında deyir ki: “Onlar deyirlər: “Əgər imam kafir olarsa bütün cəmaat da kafir olar. Bu torpaqlar şirk torpaqlarıdır orada olanların hamısı da müşriklərdir. Şəxsən tanıdıqları kimsələrdən başqa heç kəsin arxasında ibadət etmirdilər, müsəlmanları öldürür, mallarını qəsb edir, hətta uşaqları öldürməyi də icazəli bilirdilər”1188. İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: “Xəvariclər və bidət əhli hesab edirlər ki, müsəlmanların diyarları – kafirlərin torpaqlarıdır. Onların diyarları isə İman diyarıdır”1189. İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: “Xəvariclərin əlmətlərindən və ya sifətlərindən – müşriklərin diyarında yaşamalarıdır”1190. Ey müsəlmanlar! Fikir verin müasir Xəvariclərin liderləri harada yaşayırlar? Əsasən Avropa ölkələri olan İngiltərə, Fransa, Belçika və s. Orada yaşamaları az deyilmiş hələ ölkənin vətəndaşlığını da alır və müsəlman ölkələrində yaşayanları da ittiham edirlər. Özlərinə şeytandan dəlil də gətirirlər ki, Amerika ilə Səudiyyə arasında heç bir fərq yoxdur. Subhənəllah! Dəhşət - İmam Abul Abbas əl-Asam – rahmətullahi aleyhi – deyir ki: “Bir gün iki Xəvaric Kəbənin ətrafında təvaf edirdilər. Onlardan biri digərinə deyir ki: “Bütün bu məxluqlardan heç biri Cənnətə girməyəcəkdir. Mən və Səndən başqa”. Digəri: “Cənnətin eni göylər və yerlər qədərdir və bu bizim ikimiz üçün xəlq olunub”. O: “Bəli” dedi. Digəri: “Olsun tək sənin üçün” deyib ondan uzaqlaşır”1191.

Ən güclü və dəlilə əsaslanan rəy bir çox alimlərin üzərində durduqları, torpaqlar orada məskunlaşan əhlindən aslıdır, əgər orada İslamın əhkamları açıq-aydın yerinə yetrilir və yaşanılırsa. Buna da Quran və Sünnə dəlildir. İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: “Allah Musaya: “...Mən sizə fasiqlərin yurdunu göstərəcəyəm”. (əl-Əraf 145). Uca və böyük olan Allah bu torpaqları fasiqlərin diyarı adlandırır o, vaxtı orada məskunlaşan insanların səbəbilə. Lakin sonradan bu torpaqlar möminləri torpaqları olur. Bu o torpaqdır ki, Qurani Kərimdə Ardul Muqaddəsə (Müqəddəs torpaqlar) adlanır. Torpaqların halları insanların halları kimidir”1192. İbn Teymiyyə – rahmətullahi aleyhi – demişdir: “Bir ölkənin küfr, iman və ya fasiqlər diyarı olması həmin ölkə üçün daimi bir vəsf deyil, əksinə bu vəsf orada yaşayanlara görə dəyişən bir vəsfdir. Əhalisi möminlər və müttəqilər olan ölkə həmin zamanda Allah dostlarının diyarı sayılır. Əhalisi kafirlər olan ölkə həmin zamanda dürul küfr sayılır. Əhalisi fasiqlər olan ölkə həmin vaxtda fasiqlər ölkəsidir. Bu yerlərin əhalisi necə olsa ölkə də onlara uyğun olacaqdır. Həmçinin məsciddə belədir. Əgər məscid içki evinə, fuhuş işlər görülən yerə, fasiqlik, zalımlıq, ədalətsizlik məkanına, Allaha şərik qoşulan kilsəyə çevrilərsə məscidlik statusu ondan düşər və onun camaatına görə ona qiymət verilir. Həmçinin içki və fasiqlik edilən yerlər də belədir. Əgər belə yerlər Allaha ibadət edilən məscidlərə çevrilərsə bu oranın camaatına görə halı dəyişər”1193. İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: “Bu mühüm bir qaydadır ki, bunu bilmək lazımdır: Şəhər orada məskunlaşan əhalinin səbəbilə müəyyən vaxtlarda təriflənən və ya pislənən ola bilər. Əhalini dəyişməsilə şəhərin halının dəyişməsi də baş verir. Çünki tərif, qınaq, mükafat və cəza imandan və saleh əməldən və ya küfrdən, fasiqlikdən və asilikdən asılıdır”1194. İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: “Darul İslamın əlamətlərindən həmçinin İslam əhkamlarının yəni, cümə namazı, camaat namazları, bayram namazları və s. rahat yerinə yetirilməsidir”1195. Bunun üçün həmçinin: İbn Qeyyim – rahmətullahi aleyhi – deyir ki: “Cumhur dedi: “Darul İslam, Müsəlmanların yaşadığı və üzərində İslam əhkamlarının icra edildiyi yerdir. Üzərində İslam hökmləri icra edilməyən yer, ona bitişik olsa belə Darul İslam olmaz! Taif Məkkəyə çox yaxın idi, Məkkənin fəthi ilə Darul İslam olmadı. Sahildə bunun kimi”1196. İbni Muflih əl-Hənbəli – rahmətullahi aleyhi – deyir ki: “Müsəlman əhkamlarının hökm sürdüyü bütün torpaqlar Darul İslamdır. Əgər orada kafirlərin hökmləri hökm sürürsə Darul Küfrdür. Bu ikisindən başqa dar yoxdur"1197. İmam Şovkani – rahmətullahi aleyhi – deyir ki: “Bir yerin Darul İslam və ya Darul Hərb olması orada icra olunan əhkamlara görədir. Əgər əmr və nəhy Müsəlmanların əlindədirsə o yer Darul İslamdır. Əksi təqdirdə isə Darul küfrdü”1198. Məşhur Fiqh barəsində kitabda “İdul Fuqaha” 1/288 deyilir ki: “İslam diyarı – bu o torpaqlardır ki, əhalinin çox hissəsi müsəlmanlardır və onlar orada özlərini əminlikdə hiss edirlər. Küfr diyarı isə - müsəlmanların torpaqlarına əks olandır. Yəni əhalinin əksər hissəsi müsəlmanlar deyildir”. İbrahim dedi: "Sizin işiniz nədir, ey elçilər?". Onlar dedilər: "Biz günahkar bir qövmə göndərilmişik ki, onların üstünə gildən daşlar yağdıraq – həddi aşanlar üçün sənin Rəbbinin yanında nişan qoyulmuş daşlar!". Biz orada olan möminləri o kənddən çıxartdıq. Amma orada bir evdən başqa müsəlman tapmadıq”. (əz-Zariyat 31-36). Şeyx Useymin – rahmətullahi aleyhi – deyir ki: “Bu ayədən bir fayda çıxarılır ki, əgər bir şəhərdə müsəlmanlar idarəçilik edirlərsə bu İslam diyarıdır, hətta orada Xristian, Yəhudi, Müşrik, ateist yaşasa da belə. Çünki Allah Lutun evini İslam evi adlandırdı, baxmayaraq ki, onun yoldaşı kafir idi”1199. Peyğəmbər – sallallahu aleyhi və səlləm – isə döyüşə çıxmamışdan öncə hərbi dəstənin başçısına nəsihət edərək buyurur: Onları İslama dəvət et! Qəbul etdikləri zaman onları əminlikdə burax. Sonra onları öz torpalarından (diyarlarından) Mühacirlərin diyarlarına hicrət etmələrini xəbər ver! Onlar bunu etdikləri zaman mühacirlərə aid bütün qanunlar onlara da aid olacaqır....”1200. Peyğəmbər – sallallahu aleyhi və səlləm – bu hədisə Mədinəni müxacirlərin torpaqları adlandırır. Bu ən açıq və güclü olan dəlillərdəndir. O, ki qaldı açıq-aydın İslam ayinlərinin riayət edilməsi meyarına buna dəlildir: Ənəs İbn Malik - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – hər hansı bir qövmün üstünə getdikdə səhər açılanadək onlara hücum etməyib gözləyərdi – əgər (oradan) azan səsi eşitsəydi, (onlarla vuruşmaqdan) vaz keçər, azan eşitməsəydi, onlara hücum edərdi1201. Bu hədis də güclü dəlillərdən biridir. Hafiz İbn AbdulBərr – rahmətullahi aleyhi – deyir ki: “Hər bir yerin əhalisi üçün azanın vacib olması barəsində mən alimlər arasında heç bir görüş ayrılığı bilmirəm. Həmçinin bu İslam torpaqları ilə Küfr torpaqlarını bir-birindən ayıran əlamətdir”1202. Şeyx Useymin – rahmətullahi aleyhi – deyir ki: “Bizim zamanda Azanın verilməsi bəzi kafir dövlətlərində də icazəlidir. Buna əsasən də bu dövlətlər İslam diyarı olmur. Lakin Peyğəmbərin – sallallahu aleyhi və səlləm – zamanında Azan müsəlman torpaqlarının kafirlərin torpaqlarından fərqlənməsi üçün ən böyük meyar idi. Buna görə də alimlər bu əsası götürərək dedilər: “Əgər bir dövlətdə (torpaqda) müsəlmanlar sayca üstünlük təşkil edirlərsə və İslamın ayinləri orada açıq-aydın və geniş şəkildə əməl edilirsə bu zaman İslam torpaları adlanır”1203. Buna görə də İslam aynilərinin bu və ya digər torpaqlarda açıq-aydın riayət edilməsi bu məsələdə ayrılmaz şərtlərdəndir.

Torpaqların ayırd edilməsində kimə məxsus olması şərtinin vacib olması barəsində İmamlar arasında görüş ayrılığı vardır. Çünki əksi olduğu zaman onların İslamın ayinlərini yerinə yetirmələri bu diyarın sahibindən (rəhbərindən) asılı olacaq, hansı ki bunu onlara qadağan da edə bilər icazə də verə bilər. Həmçinin dövlət və torpaq müsəlmanlara məxsus olmalıdır (onların hakimiyyəti) altında olmalıdır. Çünki bir çox alimlərə görə bir dövlətdə müsəlmanların yaşaması da bu dövləti İslam diyarı etmir əgər bu diyar onlara məxsus deyilsə. Dəlil olaraq onlar Peyğəmbərin – sallallahu aleyhi və səlləm – bir çox Yəhudi diyarlarının ələ keçirməsini Xeybər və s. Gətirirlər. Çünki bu torpaqlarda Yəhudilər yaşamağa davam edirdilər. Lakin buna baxmayaraq bu torpaqlar İslam diyarı sayılırdı çünki müsəlmanların hakimiyyəti altında idilər. İmam Əbu Bakr əl-İsmaili – rahmətullahi aleyhi – deyir ki: “Hədis alimləri Mötəzilə əqiəsində olanlardan fərqli olaraq İslam torpaqlarını açıq-aydın namaza çağırışın olduğu və camaat namazlarının qılınması və müsəlmanların möhkəmləşdikləri və qərar tutduqları yerlər sayırdılar”1204. İmam əs-Sarxasi – rahmətullahi aleyhi – deyir ki: “İslam diyarı – o, diyardır ki: Müsəlmanların qərarlaşdıqları (müsəlmanlara məxsus olan). (Müsəlmanlara məxsus olub olmamasının) əlaməti isə: Onların orada əminlikdə olmalarıdır”1205.




Yüklə 5,74 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   218




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin