MÖMİNLƏRƏ DOSTLUQ BƏSLƏMƏYİN ZAHİRİ ƏLAMƏTLƏRİ 1 – Kafirlərin Diyarlarını Tərk Edib, Müsəlmanların Diyarlarına Hicrət Etmək
Hicrət – dinini saxlamaq (qorumaq) üçün kafirlərin diyarından müsəlmanların diyarına köç etmək deməkdir. Bu məqsədə və qaydaya əsaslanaraq hicrət etmək fərzdir və bu hökm günəşin batdığı yerdən doğacağı Qiyamət gününə qədər davam etməkdədir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – müşriklərin arasında yaşayan hər bir müsəlmandan uzaq olduğunu bildirmişdir1539. Buna görə də müsəlmanın kafirlərin diyarında yaşaması haramdır. Yalnız hicrət etməyə gücü çatmayan və ya insanları Allahın yoluna dəvət etmək və İslamı yaymaq kimi dini bir mənfəət üçün orada yaşayan bundan müstəsnadır. «Mələklər öz nəfslərinə zülm edənlərin (Məkkədə kafirlər içərisində qalıb hicrət etməyənlərin) canlarını alarkən deyəcəklər: Siz (hicrət zamanı) nə vəziyyətdə idiniz? Onlar söyləyəcəklər: Biz yer üzündə zəif (aciz) kəslər idik! (Mələklər də onlara): Allahın torpağı geniş deyilmidi ki, siz də hicrətedəydiniz? – deyəcəklər. Onların sığınacaqları yer Cəhənnəmdir. O, necə də pis yerdir. Yalnız hicrət etməyə yol və çarə tapmağa qadir olmayan aciz kişi, qadın və uşaqlar müstəsnadır». (ən-Nisa 97-98).
2 – Müsəlmanlara Dini Və Dünyavi Məsələrdə Ehtiyac Duyduqları Şeylərdə Onlara Can, Mal Və Sözlə Dəstək Olmaq Və Onlara Kömək Etmək
«Mömin kişilərlə mömin qadınlar bir-birinə dost, həyandırlar». (ət-Tövbə 71). «Əgər onlar din yolunda (kafirlərə qarşı) sizdən kömək istəsələr aranızda saziş olan bir tayfa əleyhinə yardım istis-na olmaqla, onlara kömək göstərmək sizə vacibdir. Allah nə etdiklərinizi görəndir». (əl-Ənfal 72).