4 – Müsəlmanlara Nəsihət Etmək, Onların Yaxşılığını İstəmək Və Onları Aldatmamaq
Ənəs b. Məlik – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Sizdən hər biriniz özünə arzu etdiyini (sevdiyini), qardaşı üçün arzu etmədikcə (kamil) iman etmiş olmaz»1542. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Müsəlman müsəlmanın qardaşıdır. Ona zülm etməz, onu rəzil (köməksiz) buraxmaz, onu alçaltmaz. İnsanın şər olaraq müsəlman qardaşına xor baxması ona kifayət edər. Hər bir müsəlmanın qanı, malı və namusu digər bir müsəlmana haramdır»1543. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Bir-birinizə həsəd aparmayın, hərracda almaya-cağınız malın qiymətini qaldırmayın, bir-birinizə nifrət etməyin, bir-birinizin ticarətinə müdaxilə etməyin. Allahın qardaş qulları olun»1544.
Dostları ilə paylaş: |