Toplayan və TƏRTİb edəN: K. HÜSeyn



Yüklə 5,74 Mb.
səhifə17/218
tarix03.01.2022
ölçüsü5,74 Mb.
#42635
1   ...   13   14   15   16   17   18   19   20   ...   218

TƏKFİRÇİLƏRİN VƏSFLƏRİ

Ehtiyat etmək və soruşmaq cəmaatı. Bir insanın müsəlman olmasını deməkdə ehtiyat etmək. Yalnız onun müsəlman olmasını yoxladıqdan sonra ona müsəlman demək. Onlara kafir və ya müsəlman, dost və ya düşmən deməkdən çəkinmək. Həmçinin müsəlman ilə kafir arasında olan əlaqələrdə ehtiyat etməyi də əhatə edir.



Onların Vəsfləri: 1 – Bu düşüncəli insanlar dində həddən artıq sərt olurlar. 2 – Dərhal təkfir etməyə meyilli olmaq, elə bu səbəblə də müsəlman cəmiyyətlər təkfir edilmiş, onlara cahil cəmiyyət adı verilmişdir. Onlar deyirlər ki, günümüzdəki müsəlmanlar kafir və mürtəddirlər. Onlar Seyyid Qutubun müsəlman cəmiyyətlərin cahil cəmiyyətlər olması, cəmiyyətləri tərk etmək, hakimiyyət tövhidinə daha çox üstünlük vermək, tağut, dost və düşmən məsələrində həddən artıq şişirtmək və bu məsələrdə ifrata varmaqdır. İbn Əbil İzz – rahmətullahi aleyhi – deyir ki: “Bidət əhlinin pislənən sifətlərindən biri də onların bir-birilərini təkfir etmələridir. Elm əhlinin tərifə layiq sifətlərindən biri də odur ki, onlar zəlalət əhlini küfrdə ittiham etmədən danışırlar”212. 3 – Elmsiz olduqları halda ictihad etməyi bacardıqlarını və yalnız özlərinin və həmfikirlə-rinin doğru yolda olduqlarını iddia etmək. Alimlərə itaəti tam qadağan edirlər, müsəlman alimləri tərk edilir, onlardan elm alınmır, onları cəmaatın gözündən salmağa və onlara qarşı inamsızlıq yaratmağa çalışırlar. 4 – Tövhidin əsası sayılan İsim və Sifətlər tövhidini əhəmiyyətsiz sayırlar. 5 – Onların əksəriyyəti müsəlman ölkələrində yaşayan müsəlmanlarla qeyri müsəlman davranışları (cahil) kimi davranırlar. Onlar öz firqələrində olmayanlarla İslami davranmağa ehtiyat edirlər. Belə bir müsəlmanın arxasında namaz qılınmaz, salam verməz və almaz, cənazəsində iştirak etməz və s. 6 – Onların əqidəsində olmayana heç vaxt müsəlman demirlər. 7 – Bəziləri öz zəif olmalarından və rəhbərin olmamasından, yaşadıqları ölkənin küfr diyarı olmasından və s. bəhanələr gətirərək saqqalarını qırxır, topuqdan aşağı geyinir və deyirlər: Bura küfr diyarıdır. 8 – Bu fikirdə olanlar Rafizilər kimi təqiyyəyə – yalana əl atırlar. İnsanları özlərinə cəlb etmək üçün məşhur İslam alimlərinin adından çox istifadə edirlər. 9 – İnsanları öz tələlərinə salmaq üçün ilk başladıqları mövzu: Namaz qılmayan kafirdir, yoxsa yox? Sözsüz ki, bu sahədə elmi olmayan kimsələri bu cür hiyləgərlərın aldatması çox asantdır. 10 – Özlərinə sərf edən məsələlərdə İbn Bazz, Şeyx Useymin, əl-Albani – Allah onlara rəhmət etsin – dəlil gətirirlər. Lakin onlara deyəndə ki, Şeyx sizin əleyhinizə belə deyib. Dərhal: Biz ondan dəlil qəbul etmirik. O, Murciyədir. 11 – Həmçinin əlamətlərindən biri cahilliyi üzr saymazlar. 12 – Zahiri görünüşləri etibarilə saleh əməl sahibi görünsələr də qəlbləri xəstədir. Buna görə də bir çox müsəlmanlar onların zahiri görünüşlərinə aldanaraq: Onlar da Qurandan və hədislərdən dəlil gətirirlər, Onlar Sünnəyə bizdən daha çox əməl edir, saqqal, isbal və s. Peyğəmbər: «Onu tərk et, onun kimi onun dostları vardır ki, sizdən biriniz öz namazını onların namazı yanında, öz orucunu onların orucu yanında kiçik görər. Onlar Quranı oxuyacaqlar, lakin Quran onların boğazlarından aşağı enməyəcəkdir, onlar İslamdan oxun şikardan çıxması kimi çıxacaqlar. Onlar məxluqata verilən sözlərin ən xeyirlisindən Qurani Kərimdən (və hədislərdən) dəlil gətirəcəklər. (danışdıqları zaman çox gözəl danışa-caqlar)». Bu kimi vəsflər sizi aldatmasın. 13 – Vəsflərindən biri də daima Narazıdırlar. Zahirən sözlərində və əməllərində din üçün çalışdıqları görünsə də batində dünyanı qəsd edirlər. Bu da onların ağızlarından çıxan bəzi sözlərdən bəlli olur. Çünki Xəvariclərin ilki olan Zul Xuveysrə də ilk olaraq dünya malına görə Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə etiraz etdi. Bu da onların ən böyük naqisliklərindəndir. Osman – radıyallahu anhu - öldürəndən sonra onlar xəzinəyə əllərini uzatdılar. Orada olanlardan biri: Osman – radıyallahu anhu - nun adil olmadığından danışırsınız, özünüz isə Beytul mala hücum edirsiniz. Sizin həqiqi məqsədiniz isə Beytul mala əl uzatmaqdır. İndikilər də: Gözləri müsəlmanların mallarındadır. 14 – Vəsflərin-dən biri də insanları elm əhlindən, elm tələbələrindən çəkindirməkdir. Bunun üçün də: «Siz təqlid edirsiniz, gedin özünüz oxuyun». Təəccüblü orasıdır ki, onlardan soruşduqda təqlid sayılmır, lakin elm tələbələrindən soruşan kimi: Sən təqlid etdin və s. sözlər deyillər. Bu cahillərə demək istəyirəm ki, dində bəyənilən və bəyənilməyən təqlid deyilən bir şey vardır. Bəyənilən Təqlid: Bu şəri hökmlərə çatmaq yollarını bilməyən, onları öyrənməyə gücü çatmayan, o hökmlərin dəlillərini başa düşmək imkanına sahib olmayan üçündür. Bununla belə o, bir muftidən şəri dəlili istəmə haqqına da sahibdir. Çünki dinindən əmin olmaq onun da haqqıdır. Bəyənilməyən Təqlid: Alimlərdən deyil, müəyyən birini, onun bütün sözlərində və əməllərində təqlid etmək və haqqı sadəcə onda görməkdir. Əhli Sünnə vəl Cəmaat İmamlarının cumhuru dəlili anlamağa incələmə və araşdırma aparmağa gücü çatmayan kimsələrin əqidə və əhkam məsələlərində təqlidini caiz görür. Onlar təqlidin təkfirə mane olan hallardan biri olduğunu ittifaqla qəbul etmişlər. Çünki muqallid cahildir, dəlili və ya hüccəti başa düşməz, bəsirət və başa düşməyi yoxdur. Ona bir hüccət göstərilincəyə və öyrədilincəyə qədər məzurdur. İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: «Ümmətin böyük çoxluğuna görə ictihad caizdir, təqlid də caizdir. Onlar ictihadı hər kəsə vacib görmədikləri kimi, təqlidi də hər kəsə haram görməzlər. Eyni şəkildə təqlidi hər kəsə vacib, ictihadı da hər kəsə haram görməzlər. İctihad, ictihada gücü çatan hər kəs üçün caizdir, təqlid isə ictihaddan aciz olanlar üçün caizdir. İctihada gücü çatan bir kimsə üçün təqlid caizdir, yoxsa yox? Bu mövzuda ixtilaf vardır. Səhih görüşə görə belə bir kimsənin ictihaddan aciz qaldığı durumlarda təqlidə yönəlməsi caizdir. Bu acizlik ya dəlilin olmamasında və ya ictihad üçün yetərli vaxtın olmamasın-dan, ya da dəlilə açıq çatmamasından ola bilər…»213. 15 – Təkfir etdikləri elm əhlinin arxasında cəmaat namazını qılmaz, ora gələnləri və cəmaat namazında iştirak edənləri də təkfir edərlər və insanları da onların dediklərinə tabe olmağa, onların dediklərini söyləməyə sövq edərlər. İmam Xatib əl-Bağdadi – rahmətullahi aleyhi – deyir ki: “Əhli Sünnətə müxalif olan elə bir bidət əhli yoxdur ki, Xəvariclər, Rafizilər və Qədərilər – bir-birilərindən üz döndərərək təkfir etmsinlər”214. İmam Əsbəhani – rahmətullahi aleyhi – deyir ki: “Bidət əhli olan Xəvariclər, Rafizilər və Qədərilərdən fərqli olaraq Əhli Sünnə bir-birilərini təkfir etmirlər. Onlar yeddi nəfər bir məclisə toplansa oradan mütləqdir ki, bir-birilərini təkfir edərək dağışacaqlar. Onlar Yəhudi və Xaçpərəstlər kimidirlər: “Yəhudilər: "Xaçpərəstlər heç bir şeyə əsaslanmırlar!"– deyir, xaçpərəstlər isə: "Yəhudilər heç bir şeyə əsaslanmırlar!"– deyirlər. Halbuki onlar Kitab oxuyandırlar. Cahillər də onların danışdığı kimi danışırlar. Allah ixtilafa düşdükləri şey barəsində Qiyamət günü onların arasında hökm verəcəkdir. (əl-Bəqərə 113)215.







Yüklə 5,74 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   218




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin