“Biz (keçmişdən bəri) hər ümmət üçün bir şəriət müəyyən etdik ki, ona əməl edərlər...”.(əl-Həcc 67). Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Kim bir qövmə oxşamağa çalışarsa, o, da onlardandır”. Əbu Davud 4037, Əhməd 2/ 50, əl-Albani səhih demişdir. İbn Ömər – radıyallahu anhu - deyir: “Allahın düşmənlərindən onların bayramları zamanı uzaqlaşın”. əl-Beyhəqi 18641. İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir: “Kafirlərə - onların bayramlarının hər hansısa birində oxşamaq (bənzəməyə) çalışmaq insanın onların yalançı əqidələri və adətləri ilə razılaşması deməkdir”. O deyir: “Müsəlman bir kimsəyə kafirlərin bayramları zamanı onların, o günü istifadə edə biləcəkləri hər hansı bir şeyi – yemək, paltar, ətir - satması qadağandır”. İqtida” 229. İbn Qeyyim – rahmətullahi aleyhi – deyir: “Alimlərin icması ilə kafirləri bayramları münasibətilə təbrik etmək qadağandır”. O deyir: “Bu sanki bir kimsəni içki içməsi, zina etməsi, adam öldürməsi münasibətilə təbrik etmək kimi bir şeydir”. “Əhkəmu Əhli Zimmə” 1/ 441. Şeyx Useymin – rahmətullahi aleyhi – deyir: “Müsəlman bir kimsəyə kafirlərin dəvətini qəbul edib orada iştirak etmək qadağandır. Bu onları bayramları münasibətilə təbrik etməkdən daha pisdir. Çünki, bu onların bayramlarında iştirak etmək deməkdir”. “Məcmuu Fətava Va Rasail” 3/ 369.
1184 Daimi Fətvalar Komitəsi nəsihət edir ki: “Açıq-aydın günah edən kimsələrlə dostluq münasibətləri saxlamamaq, onların dəvətlərini və sədəqələrini qəbul etməmək, bu da onlar üçün bir dərs və ibrət olsun deyə edilir”. Lakin haram qazanan bir kimsədən sədəqə almaq əslən qadağan deyildir. Haram yolla qazanan bir kimsədən hədiyyə və pul götürmək icazəlidir. Bu mülk sahibi üçün haramdır, digərləri üçün isə haram deyildir. İmam İbn Munzir – rahmətullahi aleyhi – deyir: “Qazancı haram yolla olan bir kəsdən götürmək (pul və s.) icazəlidir. Allah yəhudilər haqqında buyurur: