Toplayan və TƏRTİb edəN: K. HÜSeyn


Kafirlərlə Rəftar Necə Olmalıdır



Yüklə 5,74 Mb.
səhifə27/218
tarix03.01.2022
ölçüsü5,74 Mb.
#42635
1   ...   23   24   25   26   27   28   29   30   ...   218
Kafirlərlə Rəftar Necə Olmalıdır? - İslam şəriəti beş prisipin – din, can, ağıl, namus, var-dövlətin qorunmasının zəruriliyini bildirərək, kimliyindən aslı olmadan, onlara təcavüz edənlərə qarşı cəzalar təyin etmişdir. Burada müsəlmanla əhd bağlanılan kafir arasında fərq yoxdur. Müsəlmanlara aid olan qanunlar əhd bağlanılan kafirlərə də aiddir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim əhd bağlanılan kafiri öldürərsə, Cənnətin iyini belə hiss etməz»255. Əgər müsəlmanlar əhd bağlayan kafirlərin xəyanətindən qorxub ehtiyat etsələr, aralarında olan əhdin pozulduğunu elan etməyincə onlara qarşı vuruşmaları doğru olmaz. «Əgər (əhd bağladığın) bir tayfanın sənə xəyanət edə biləcəyindən qorxsan (döyüşə başlamazdan əvvəl) onlarla olan əhdini pozduğunu açıq-aydın özlərinə elan et. Çünkü Allah xainləri sevməz». (əl-Ənfal 58).

Kafirlər Üç Qismdir: 1. Hərbiyyun Müsəlmanlarla onlar arasında olan müharibə olanlar. Kafir öz ölkəsində olduğu zaman hərbi sayılır. Müsəlman ölkəsinə himayəsiz gələrsə hərbi sayılır döyüş əhlindən olmasa da belə. Əgər müsəlman ölkəsinə himayədar ilə gələrsə o, digər qism kafirlərin hökmünə daxil olur. Onlarla döyüşmək yenə də tabedir dövlətə və başçıya.

2. Zimmə Əhli Onlar müsəlman ölkələrində yaşayaraq öz dinlərində qalan Kitab Əhlidir. Onlara himayə verilmiş və onlara əziyyət vermək və öldürmək olmaz. Ərəbistanda kafirlər, Zimmə əhli yoxdur. Ora gələnlər Mustəmnun himayədar ilə ölkəyə daxil olanlardır. Artıq o, qorunmaq altındadır. Ölkəyə daxil olanlar da iki qismdir: 1) Hansı şərtlərlə daxil olubsa o, şərtlərə zidd hərəkət etməməlidir. Bu şərtləri pozmurlarsa (söz və əməlləri) ilə onlarla ədalətlə və yaxşılıqla davranılır. Belələrinə İslamı sevdirmək, onları dəvət etmək lazımdır. Onların haqlarını Allahın əmr etdiyi formada vermək lazmdır. «Əgər müşriklərdən biri səndən aman istəsə, ona aman ver ki, Allah kəlamını dinləsin. Sonra onu əmin olduğu yerə çatdır». (ət-Tövbə 6). «Müqavilə bağladıqdan sonra sizə qarşı bir əskiklik etməmiş və sizin əleyhinizə heç kəsə yardım göstərməmiş (müşriklər) istisnadır. Onlarla əhdinizə axıra qədər vəfa edin. Şübhəsiz ki, Allah müttəqiləri sevər». (ət-Tövbə 4). «Allah din yolunda sizinlə vuruşmayan və sizi yurdunuzdan çıxartmayan kimsələrə yaxşılıq etməyi və onlarla ədalətlə rəftar etməyi sizə qadağan etməz. Allah ədalətli olanları sevər. Allah sizə ancaq sizinlə din yolunda vuruşan, sizi yurdunuzdan çıxaran və çıxarmağa kömək edən kimsələrlə dostluq etmənizi qadağan edər. Onlarla dostluq edənlər əsl zalimlərdir». (əl-Mumtəhinə 8-9). Müsəlmanlarla rəftar edildiyi kimi onlarla rəftar edilməz. Onlara birinci salam verilməz. Onlara Allahın əmr etdiyi formada haqqını verirsən və haqqını tələb edirsən. Dəvət et və dəvətlərini də qəbul et. 2) Onlar müsəlman ölkələrinə daxil olduqdan sonra insanlara nifrət etsələr, ələ salsalar, istehza etsələr onlarla yaxşılıqla rəftar etmək olmaz. Belələri ilə ancaq ədalətlə rəftar olunmalıdır. Lazımı yerlərə xəbərdarlıq edilir ki, onlara qarşı lazımı tədbirlər görülsün.



3. Qorunma Zəmanəti Verilən Muahəd Kafir - İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: Xəvariclər müsəlmanlar üçün Yəhudi və Xrisianlardan pisdir. Onlarla razı olmayan müsəlmanların öldürülməsi üçün səy göstərir, onların qanlarının axıdılmasına, mallarının və uşaqlarının öldürülməsinə və onları küfrdə ittiham edirlər256. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: Bir kimsəyə təhlükəsizlik zəmanəti verib sonra da onu öldürən kimsəylə mənim heç bir əlaqəm yoxdur, öldürülən kafir olsa da belə257. İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: Təhlükəsizlik zəmanəti istənilən bir kafirə vermək olar. Bunu da istənilən bir müsəlman edə bilər258. Həmçinin bunu müsəlman qadın da edə bilər. Məkkənin Fəthi günü Peyğəmbər – sallallahu aleyhi və səlləm – beş nəfər istisna olmaqla Məkkə müşriklərini öldürməyi və ya qisas almağı qadağan etmişdir. Bu beş nəfər müsəlmanlara qarşı öz qəddarlığı ilə seçildiyi üçün onların öldürülməsini əmr etmişdi, hətta Kəbənin kölgəsində olsa da belə. İbn Hubeyr onlardan biri idi. Ummu Haninin – radıyallahu anhə – qardaşı Əli onu gördüyü zaman öldürmək üçün arxası ilə düşür. O, da Ummu Haninin evində gizlənir ki, onu ödürməsin. Onu öldürməmək üçün Peyğəmbərə – sallallahu aleyhi və səlləm – xəbər verir. Ummu Hani bint Əbu Talib – radıyallahu anhə – rəvayət edir ki, Məkkənin fəthi ilində mən Peyğəmbərin – sallallahu aleyhi və səlləm – yanına getdim dedim......: “Ya Rəsulallah! Qardaşım himayəmə götürdüyüm Hubeyranın oğlu filankəsi öldürəcəyini söyləyir.” Peyğəmbər: “Sənin himayəyə götürdüyün kimsəni biz də himayəmiz altına götürürük, ey Ummu Hani!” Ummu Hani: “O vaxt səhər açılmışdı (Duha namazının vaxtı idi)”259. Belə halda bu kimsənin qanının və malının qəsb olunması qadağandır. Bu həmçinin bir ölkəyə daxil olduqda Viza alan kimsəyə də aiddir. Viza almaq artıq o, ölkənin təhlükəsizlik zəmanətini almaqdır. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Bütün müsəlmanların qanları eyni dərəcədə qiymətlidir. Təhlükəsizlik zəmanəti onlardan nüfuzsuz biri də vermiş olsa hər bir kəs tərəfindən qorunmalıdır”260. Ömər İbn Xattab – radıyallahu anhu – deyir ki: “Əgər müsəlman kimsə bir kafir ilə qarşılaşdığı zaman: “Mattaps bu zaman ona təhlükəsizlik zəmanəti vermiş deməkdir. Əgər o desə: “Qorxma”. Bu zaman yenə də təhlükəsizlik zəmanəti vermişdir. Əgər ona: “Lə Tədxəl” ona təhlükəsizlik zəmanəti vermişdir. Çünki Allah bütün dilləri bilir”261. Məttars – Lə Tədxəl – Fars və Həbəşi dilində Qorxma deməkdir. İmam Əhməd və İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: “Sünnədə varid olmuşdur – istənilən bir söz hansı ki, kafir onu təhlükəsizlik zəmanəti kimi başa düşmüşsə ona bu zəmanəti vermiş deməkdir”262. İbn Munasif – rahmətullahi aleyhi – deyir ki: “İstənilən bir söz istənilən bir dildə, istər bu sözlə, yazı ilə, istərsə də işarə ilə olsun düşmən bunu təhlükəsizlik zəmanəti kimi başa düşərsə, ona zəmanət verilmişdir deməkdir. Hətta müsəlman bunu qəsd etməsə də belə”263. Bütün bunlardan aydın olur ki, müsəlman ölkəsinə viza ilə daxil olan kafir qorunma altındadır. Onları öldürmək, soymaq isə bu qorunmanı pozmaqdır. İmam Şəfii – rahmətullahi aleyhi – deyir ki: “Əgər düşmənlər müsəlmanlardan kimsəni əsir götürüb sonra da ona qorunma zəmanəti vermişlərsə, bundan sonra onlara xainlik edib mallarını və qanlarını tökməməlidir”264. Cihad istisna olmaqla, kafirlərin malları qəsbkarlıqla alınması quldurluq və haramdır. Muğira İbn Şöbə – radıyallahu anhu – onları müşayət edən kafirləri öldürərək Peyğəmbərin – sallallahu aleyhi və səlləm – yanına gəlir və İslamı qəbul edir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Sənin İslamına gəldikdə mən onu qəbul edirəm. Qəsb etdiyin qənimətə isə mənim heç bir adiyyatım yoxdur”. Başqa rəvayətdə: “O, ki qaldı sənin qəsb etdiyin mala o xainlik, quldurluqla əldə edilmişdir”265. İbn Həcər – rahmətullahi aleyhi – deyir ki: “Cihad istisna kafirlərin malları haramdır”266. İmam Nəvəvi – rahmətullahi aleyhi – deyir ki: “Əgər müsəlman kafir diyarına qorunma zəmanəti ilə daxil olsa ona qadağandır o ərazində xəzinə götürməyə. İstər güc ilə almış olsun, istərsə də tapmış olsun. Onlara aid olan bir şeyə xainliklə də götürə bilməz. Götürdüyünü onlara qaytamalıdır”267. İbn Qudamə – rahmətullahi aleyhi – deyir ki: “Qorunma zəmanəti ilə kafirlərin ərazisinə daxil olan bir kimsə onlara xainlik edərək mallarını qəsb etməməli.... Çünki bu qaranti onu bildirir ki, onlara qarşı xəyanət etməyəcəkdir...”268. İbn Bazdan – rahmətullahi aleyhi – soruşurlar: “Kafir Dövlətdə yaşayaraq qaz və su, elektrik oğurlamaq olarmı? Bu ölkəyə ziyan etmək üçün”. Və ya bu kimi şeyləri verməkdən yayınmaq?”. Cavab: “Bu qadağandır, bu əmanəti pozmaq və insanların mallarını icazəsiz yeməkdir”269. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Kim Muahədə - müsəlman ölkəsində icazə ilə qalan kafir - əziyyət (təziq) edərsə, haqlarını tapdalayarsa (məhdudlaşdırarsa), gücündən artıq onu yükləyərsə, istəyi olmadan ondan bir şey götürərsə, mən Qiyamət günü onu əleyhinə şahidlik edərəm”270. Xəvariclərdən başqa bu məsələdə ümmətin alimlərinə müxalif olan olmayıb. İmam əş-Şəhristani – rahmətullahi aleyhi – deyir ki: “Xəvariclər kafir-lərin qanlarını və mallarını halal saymışlar, cizyə və müqavilədə olan kafirləri. Buna icazə verməyənlərdən isə üz döndərməyi əmr edərlər”271. Əgər kafirlər üçün bu cür şəriət qaydalar qoyubsa bəs müsəmanlar barəsində nə demək olar? İbn Abdul Bərr – rahmətullahi aleyhi – deyir ki: “Vuruşan kafirin qanı hansı ki müsəlmanlar ona qorunma zəmanəti vemişlər, axıtmaq qadağandırsa, bəs sən səhər və axşam Allahın himaəsində olan müsəlman barəsində nə düşü-nürsən? Ona xainlik edib qanının və malının alınmasına necə baxırsan?”272.

Kafirlərin Qismləri: 1 - Əsli kafir olanlar: Əhli kitab, Məcusilər, Sabiinlər və s. Əsli kafir olanlar özləri də 3 qismə bölünür. 1) Əhli kitab. 2) İxtilaf olanlar. 3) Kitab olmayanlar.


Yüklə 5,74 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   218




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin