Toplayan və TƏRTİb edəN: K. HÜSeyn



Yüklə 5,74 Mb.
səhifə41/218
tarix03.01.2022
ölçüsü5,74 Mb.
#42635
1   ...   37   38   39   40   41   42   43   44   ...   218
Nəticə Küfr edən bir bidət əhlinə, fisq əhlinə hökm vermək üçün əgər onlar İslamdan çıxaran küfr ediblərsə, fəhm burada etibarlı bir şərtdir. Çünki bidət əhlinin çoxu öyrəndikləri məsələlərdə təvil edirlər. Quran və Sünnəni qəsd olunan formada başa düşmürlər. İnsan doğru yolda olması üçün Quran və Sünnəni düzgün başa düşməlidir. Quranı oxuyur və özündə olan istəyə uyğun da başa düşür. Bu da zəlalətdir. İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: «Görürsən ki, bir kimsə öz qövmündə böyüyərək boya-başa çatır. Qövmünün böyüklərindən qəbirlər vasitəsi ilə Allaha yaxınlaşmağı görür. Quranı oxuduqda da görür ki, Allah ona yaxınlaşmağı əmr edir. O, Quranda olan Allaha yaxınlaşmağı qövmünün başa düşdüyü şəkildə başa düşür. Allahın əmr etdiyi, Peyğəmbərin öyrətdiyi şəkildə yox». Kitablarda olan alimlərin sözlərini alimin başa düşdüyü və qəsd etdiyi mənada yox, öz nəfsinin istəyinə uyğun şəkildə başa düşür. Görürsən ki, müəyyən vaxtlarda alimlər İmam Əhməd, İmam Şəfii – Allah onlara rəhmət etsin - harama məkruh (bəyənilməyən) deyirlər449. Bəziləri də oxuyur və deyirlər ki, İmam Şəfii – rahmətullahi aleyhi – deyir ki, məkruhdur. Məkruh da bəyənilməyən əməldir. Lakin alimin qəsdi haramdır. Görürsən ki, musiqi, siqaretə məkruh deyirlər. Allah ayədə uşaqlarınızı öldürməyi, zinaya yaxınlaşmağı, adam öldürməyi və s. şeyləri qadağan etdikdən sonra buyurur: «Bütün bunlar Rəbbinin dərgahında bəyənilməyən (məkruh) pis şeylərdir». (əl-İsra 23,33,36,37,38). Ona görə də insan gərək haqqı götürsün. Alimlər deyirlər ki: «Kim şəriətdə alimlərin sözlərində olan asanlıqları götürərsə, zındıq olar». Həmçinin dəlilik, karlıq, dəlili düzgün başa düşməmək, şəhərdən uzaq bir yerdə yaşayan kimsələri elm əhli hüccət çatana kimi təkfir etməzdilər. Elə bir hüccət ki, ona qarşı çıxan kafir olur.

Cahilliyi üzr saymaq və hüccəti qaldırmaq məsələsində biz iki şəxs arasında fərq qoymalıyıq. 1-ci Şəxs - hidayəti istəyir, doğru yolu hər bir şeydən üstün tutur, lakin ona qadir deyildir, hətta onu tələb etməyə də qadir deyildir. Çünki onu yönəldən olmadığına görə. Cahilliyinə görə üzürlü sayılan da budur. 2-ci Şəxs - haqqı öyrənməkdən üz döndərir və özünün olduğu etiqadla da razıdır. Başqa birisini ondan üstün görmür. Axtarmır, tələb də etmir. Belə bir insan cahilliyinə görə üzürlü deyildir. Bu üz döndərəndir. Necə ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – Fars imperatoru Kisraya məktub göndərdikdə onu oxumadan cırdı və özü öz cahilliyinə səbəb oldu İbn Qeyyim – rahmətullahi aleyhi – deyir ki: «Hüccətin necə çatdırılması, vaxtdan-vaxta, məkandan-məkana fərqlənir. Elmin geniş fürsət aldığı vaxtlarda insanlara çatan hüccət, elmin zəiflədiyi müddətdə çatan hüccətdən fərqlənir. Şəhərlərdə yaşayanlara çatan hüccətlə, elmdən və elm adamlarından uzaq düşmüş kənd adamlarına çatan hüccət arasında fərq vardır. Həmçinin hüccətin çatması insanın elmi və fitri qabiliyyətinə görə insandan insana fərqlənir. Bütün bunlar nəzərə alınmalıdır. Hüccətin çatmasında məqsəd həmin fərdi insanın eşitdiyi hüccəti başa düşməsidir. O, hüccəti elə başa düşməlidir ki, özünün bu hüccətə müxalif olub-olmadığını anlasın və belə hüccətə müxalif olmaqla kafir olduğunu bilsin. Onun bunu tam dəqiq şəkildə elm və iman əhlinin anladıqları kimi başa düşməsi şərt deyil. Həmçinin onun hüccəti başa düşməsini təsdiqləməsi gərək deyildir. Bu hüccəti çatdıran insanın qarşısındakının hüccəti başa düşüb düşməməsi haqda verdiyi qiymətdən aslıdır. Çünki küfr və nifaq əhlinin əksəriyyəti hüccəti başa düşdükdən və bu haqda bildikdən sonra onu inkar edirlər. Necə ki, Allah Fironun tayfası haqda bu ayəni buyurmuşdu: «Möcüzələrimizin həqiqiliyinə daxilən əmin olduqları halda, haqsız yerə və təkəbbürlük üzündən onları inkar etdilər. Bir gör fitnə-fəsad törədənlərin axırı necə oldu?». (ən-Nəml 14). «Musa da ona: «Sən bunların məhz göylərin və yerin Rəbbi tərəfindən açıq-aşkar möcüzə olaraq endirildiyini sözsüz ki, bilirsən. Mən isə ey Firon səni artıq məhv olmuş zənn edirəm». (əl-İsra 102)450. İmam Zəhəbi – rahmətullahi aleyhi – deyir ki: «Bilmədən və hüccət çatmadan heç kəs etdiyinə görə günah daşımır. Allah lütf və mərhəmət sahibidir. «Biz Peyğəmbər göndərməmiş heç kəsə əzab vermərik». (əl-İsra 15). Dəyərli səhabələr Həbəşistanda olarkən Peyğəmbər - sallallahu aleyhi və səlləm – edilməsi vacib və ya haram olan əmrlər verilmişdi. Həmin səhabələr bu haqda xəbər yalnız bir neçə aydan sonra yetişirdi. Onlara şəriət dəlilləri çatana qədər etdikləri işlərdə cahillikləri səbəbilə üzürlü sayılırdılar. Bir insan şəriət dəlillərini eşidənə qədər cahilliyi səbəbilə üzürlü sayılır. Daha doğrusunu Allah bilir»451.


Yüklə 5,74 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   218




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin