Toplayan və TƏRTİb edəN: K. HÜSeyn


XƏVARİCLƏR HAQQINDA SƏLƏFLƏRDƏN GƏLƏN SÖZLƏR



Yüklə 5,74 Mb.
səhifə5/218
tarix03.01.2022
ölçüsü5,74 Mb.
#42635
1   2   3   4   5   6   7   8   9   ...   218
XƏVARİCLƏR HAQQINDA SƏLƏFLƏRDƏN GƏLƏN SÖZLƏR
İbn Həcər – rahmətullahi aleyhi – deyir ki: «Xəvariclər, İslamdan çıxmış bir firqədir və onlar bidətçidirlər. İslam dininə və ən xeyirli müsəlmanlara qarşı çıxdıqları üçün onlara Xəvariclər deyilir»45. İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: «İlk əvvəl müsəlmanları kafir sayan Xəvariclər olmuşlar. Xəvariclər günah edənləri, onlara müxalif olan digər müsəlmanları kafir adlandırır, qanlarını və mallarını halal sayırlar». «Qiblə əhlinə ilk kafir deyənlər Xəvariclər olmuşlar. Günahlara görə qiblə əhlini kafir saymışlar»46. əl-Əcuri – rahmətullahi aleyhi – deyir ki: «Xəvariclər murdar nəcasətdirlər»47. İmam Nəvəvi – rahmətullahi aleyhi – deyir ki: «Xəvariclər İslama yenilik gətirən firqələrdən olub, böyük günah sahibinin kafir olduğunu və əbədi Cəhənnəmdə qalacağını etiqad edirlər. Buna görə rəhbərlərə tənə edir və onlarla cəmaat və cümə namazlarını qılmazlar»48. əl-Mənəvi – rahmətullahi aleyhi – deyir ki: «Köpəklərin hürdüyü kimi Xəvariclər də Cəhənnəmdə hürəcəklər. Köpəyin digər heyvanlara nisbətdə ən aşağı heyvan olduğu kimi, onlar da Cəhənnəm əhlinin ən alçağıdırlar»49. İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: “Bu iki firqənin Xəvaric və Mötəzilə sözləri İrcə əhlinin sözlərindən pisdir. Həqiqətən İrca əhli içərisində Allaha ibadət edən alimlər olmuşdur ki, imamlar onlardan xeyirlə söz açmışlar. Lakin Xəvarc və Mötəziləyə gəldikdə Əhli Sünnə onları və əhlini daima pisləmişlər”50. Peyğəmbərin – sallallahu aleyhi və səlləm – Xəvaricləri öldürmək əmri müsəlman rəhbərlərə aiddir. İmam Buxari öz “Səhih” əsərində başlıqlardan birini: “Xaricinin ona dəlil (burhan) çatdırılandan sonra öldürülməsi” və ayəni zikr edir: Allah bir qövmü doğru yola yönəltdikdən sonra uzaqlaşmaları zəruri olan şeylərdən onları xəbərdar etməyincə onları həmin yoldan azdırmaz. Həqiqətən, Allah hər şeyi bilir. (ət-Tövbə 115)51. İbn Kəsir – rahmətullahi aleyhi – deyir ki: «Sələflər bu ayədə Xəvaricləri nəzərdə tuturdular: «Sizə əməlləri ən çox zərər vuracaq kəslər haqqında xəbər verimmi? Bunlar o, şəxslərdir ki, onların səyləri dünya həyatında azğınlığa düşmüşdür, halbuki onlar yaxşı hərəkət etdiklərini düşünürlər» (əl-Kəhf 103-104)52. Şeyx Saleh əl-Fovzan – Allah onu qorusun – sual verirlər: «Dövrümüzdə Xəvaric ideyasının daşıyıcıları mövcuddurmu?». Cavab: «Subhənəllah! Hal-hazırda Xəvariclər mövcuddur. Müsəlmanlara kafir damğası vurmaq, müsəlmanları qətl etmək Xəvariclərin əməlləri deyilmi? Bu Xəvariclərin məzhəbidir». Sual: «Xəvariclər qiblə əhlindən sayılırlarmı? Onların arxasında namaz qılmaq olarmı?». Cavab: «Xəvariclərin kafir olmaları və ya sadəcə zəlalət əhli olmaları barəsində alimlər arasında iki rəy vardır. Xəvariclərin kafir olması rəyi həqiqətə daha yaxındır. Çünki dəlillər onların kafir olmasına dəlalət edir. Xəvariclərin arxasında namaz qılmağa gəldikdə isə onların arxasında namaz qılmaq olmaz»53. Sual: «Partlayış törədənlər Xəvaricdirlərmi?». Cavab: «Onları Xəvaric adlandırmaq ən az hökmdür. Onlar bu əməli halal bilərək edirlərsə nəinki Xəvaric, hətta kafirdirlər. Yox əgər bunu halal saymırlarsa, savab və ya cihad adı altında edirlərsə onlar Xəvaricdilər. Bu yer üzündə fitnə-fəsad törətmək, mal-dövləti tələf etmək və günahsız insanların qanını tökməkdir. Müsəlmanların qorxu içərisində yaşamağa vadar etmək Xəvariclərin ən pis əməlləridir. Əvvəlki Xəvariclər belə etməyiblər. Onlar açıq savaş edib və qətillər törədiblər. Lakin müasir Xəvariclər bunu gizli şəkildə və insanların yaşadığı binalarda törədərək qan tökürlər»54. Xəvariclərin kafir olmaları rəyini İslam alimlərindən: Buxari, Qadi Əbu Bəkr, Subki, Qurtubi Allah onlara rəmət etsin - dəstəkləmişlər55.


Yüklə 5,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   218




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin